Gəncədə narkotik satan şəxs tutulub

Gəncədə narkotik satan şəxs tutulub

21 Fevral 2013 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhər sakini narkotik maddə satarkən tutulub. Bu barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Gəncə Regional şöbəsinin rəis müavini Rəfael İsmayılov bildirib. Onun sözlərinə görə, Gəncə sakini, 1971-ci il təvəllüdlü Elsəvər Qasımov narkotik maddə olan 1, 5 qram heroini başqa bir sakinə 50 manata satmaq istəyərkən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb. E. Qasımov əvvəllər də 2 dəfə narkotik maddə satmaq və istifadəyə görə həbsdə olub.

O.M.