Bu gün Nigar Yaqublunun məhkəməsi var

Bu gün Nigar Yaqublunun məhkəməsi var

21 Fevral 2013 10:47
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun növbəti məhkəmə prosesi olacaq. Proses saat 15:00-da Sumqayıt Apelyasiya məhkəməsində başlayacaq. Qeyd edək ki, Nigar Yaqublu bu il sentyabrın 11-də saxlanılıb, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasından sonra həbs edilib. Dekabrın 19-da isə Abşeron Rayon Məhkəməsi Nigara 2 il 6 ay müddətinə məntəqə tipli həbs cəzası kəsib.

O.M.