Həbsxanada məhkum öldü

Həbsxanada məhkum öldü

21 Fevral 2013 10:35
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nizami rayonu ərazisində yerləşən cəzaçəkmə müəssisəsində ölüm olub. Rayon Prokurorluğundan verilən məlumata görə, Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Sədulla Qafarov ölüb. O, cəzaçəkmə müəssisəsinin tibb hissəsində dünyasını dəyişib. S.Qafarov 2009-cu ildə Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə təqsirli bilinərək Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun ölümünn səbəbi məlum deyil. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

O.M.