Gürcüstanda azərbaycanlı qətlə yetirilib

Gürcüstanda azərbaycanlı qətlə yetirilib

20 Fevral 2013 11:48
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Tiflis şəhərinin yaxınlığında yerləşən və azərbaycanlıların kompakt yaşadığı Poniçala kəndində qətl hadisəsi baş verib. Məlumata görə, iki azərbaycanlı gənc arasında baş verən anlaşılmazlıq 1990-cı il təvəllüdlü Elçin Məcid oğlu Tanrıverdiyevin ölümünə səbəb olub. Hadisə şahidlərinin məlumatına görə, Moskvadan yenicə qayıdan Elcan Vilayət oğlu Cəfərovla Elçin Tanrıverdiyev maşın alqı-satqısı barədə mübahisə ediblər. Məlumata görə, Elçin Tanrıverdiyev borcunu tələb etdiyi üçün Elcan evdən götürdüyü bıçaqla onun ürəyinə vurub. E. Tanrıverdiyev xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları Elcan Cəfərovu axtarırlar. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

O.M.