Gülər Əhmədovanın apellyasiya şikayəti təmin olunmayıb

Gülər Əhmədovanın apellyasiya şikayəti təmin olunmayıb

20 Fevral 2013 11:39
Bəyəndim (0) Bəyənmədim (0)
Bu barədə vəkili Eldar Qədimi məlumat verib

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın barəsində seçilmiş həbs-qətimkan tədbiri haqqında məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb. Bu barədə vəkili Eldar Qədimi məlumat verib. E. Qədimi apellyasiya şikayətinin təmin olunmadığını bildirib. Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan isə apellyasiya şikayəti verilərək, qərarın ləğv olunması istənilib.

O.M.