Avtobus piyadanı öldürdü

Avtobus piyadanı öldürdü

20 Fevral 2013 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, fevralın 19-da saat 13:45 radələrində sürücü Nuriyev Əli Mübariz oğlunun idarə etdiyi "Temsa Prestij City" markalı, 10-TQ-575 dövlət nömrə nişanlı avtobus Suraxanı rayonu E.Bəkirli küçəsi istiqamətində hərəkətdə olarkən piyada, 1939-cu il təvəllüdlü Məmmədov Əşrəfəli Məşədiabbasəli oğlunu vurub. Nəticədə piyada Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci () maddəsi ilə iş açılıb.

O.M.