Gənc oğlana hücum edib, onu soydular

Gənc oğlana hücum edib, onu soydular

20 Fevral 2013 10:24
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nəsimi rayonu ərazisində gənc oğlana hücum olub. Rayon Polis İdarəsindən verilən məlumata görə, dünən Bəşir Səfəroğlu küçəsində iki nəfər 25 yaşlı İlkin Fətəliyevin qarşısını kəsərək onu soyub. Onlar İlkindən 700 manat dəyərində olan mobil telefonu alaraq qaçıblar. Zərərçəkmiş dərhal Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə məlumata verib. Polis cinayətkarların tapılması üçün işə başlayıb. Faktla bağlı araşdırma aparılır.

O.M.