Marşrut sürücüsü sərnişini bıçaqladı

Marşrut sürücüsü sərnişini bıçaqladı

20 Fevral 2013 09:33
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gecə Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Qara Qarayev prospektində qeydə alınıb. Məlumata görə, 45 yaşlı Bakı şəhər sakini Məhərrəmov Əhməd Yunus oğlu naməlum şəraitdə bıçaqlanıb. Qarının ön divarını kəsilmiş yarası ilə 3 saylı şəhər xəstəxanasına çatdırılan yaralı dərhal əməliyyat olunub. Hadisə şahidlərinin sözlərinə görə, Əhməd Məhərrəmov 30 saylı xətt marşurutu üzrə hərəkət edən avtobusunun sürücü il mübahisə edib. Sürücü ilə aralarında yaranmış mübahisənin sonunda Əhməd elə avtobusun sürücüsü tərəfindən bıçaqlanıb. Hadisəni törədən sürücü isə ərazidən uzaqlaşıb.

O.M.