Azərbaycanda 18 fevralın kriminal xronikası

Azərbaycanda 18 fevralın kriminal xronikası

19 Fevral 2013 12:44
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 54 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 54 cinayət faktı qeydə alınmış, onların da 26-ı "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 10 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 24 nəfər tutulmuşdur.

Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi

18.02.2013

Fevralın 18-də saat 12:00 radələrində Nəsimi rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla yolu keçən şəhər sakini Tərlan Quliyev vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

29 baş camış oğurlamış Mingəçevir şəhər sakini Elxan Səlimov və Bərdə rayon sakini Şahmar Qasımov tutulmuşlar

18.02.2013

Baş Cinayət-Axtarış İdarəsi, Yevlax RPŞ və Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2012-ci ilin aprel ayının 13-də Aran qəsəbəsinin otlaq sahəsindən Rauf Abbasova məxsus 29 baş camışı oğurlamış Mingəçevir şəhər sakini Elxan Səlimov və Bərdə rayon sakini Şahmar Qasımov tutulmuşlar.

Masazır qəsəbəsindəki "Ekzotika" kafesində əxlaqsızlıq yuvası aşkar edilmişdir

18.02.2013

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Masazır qəsəbəsindəki "Ekzotika" kafesində, oranın sahibi, Xırdalan şəhər sakini Adil İmamverdiyevin əxlaqsızlıq yuvası saxlaması müəyyən edilmişdir.

Oğurluq etmiş Maştağa qəsəbə sakini Əfqan Abdullayev tutulmuşdur

18.02.2013

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-da Maştağa Dəmir Yolu Stansiyasının ərazisindən dəmirdən hazırlanmış 27 ədəd qoruyucu çərçivəni oğurlamış qəsəbə sakini Əfqan Abdullayev tutulmuşdur.

Avtomaşından oğurluq etmiş Bakı şəhər sakini Elnur Əliyev tutulmuşdur

18.02.2013

Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-də Mahir Həsənova məxsus "Mercedes" markalı avtomaşından 200 manat pul və 1 ədəd mobil telefon oğurlamış şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Əliyev tutulmuşdur.

Akif Rəsulova bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Emanuel Eminov tutulmuşdur

18.02.2013

Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 17-də Akif Rəsulova bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Emanuel Eminov tutulmuşdur.

Şamaxı şəhər sakini Lətif Nəbiyevdən "AKM" avtomat silahı götürülmüşdür

18.02.2013

Qobustan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də Təklə kəndi ərazisində yolun kənarında dayanmış "NİVA" markalı avtomaşında olan 4 naməlum şəxs şübhə doğurduqlarından avtomaşına baxış keçirilmiş və orada 1 ədəd "AKM" silahı aşkar edildiyindən onlar RPŞ-nə gətirilmişlər. Araşdırmalar zamanı onların Şamaxı şəhər sakinləri Azər Əliyev, Mübariz Ömərov, Ülvi Kazımov və Lətif Nəbiyev olması, eləcə də L.Nəbiyevin Şamaxı rayonu ərazisində Ə.Əzizov tərəfindən idarə edilən avtomaşının istiqamətində atəş açması, habelə avtomaşından götürülmüş "AKM" silahının da ona məxsus olması müəyyən edilmişdir.

Tural Pənahova bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Etibar Məhərrəmov tutulmuşdu

18.02.2013

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-da Tural Pənahova bıçaqla xəsarət yetirmiş şəhər sakini Etibar Məhərrəmov tutulmuşdur.

Bakı şəhər sakini Hikmət Alyasovdan 1 ədəd tapança götürülmüşdür

18.02.2013

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Hikmət Alyasovdan 1 ədəd "Protektor Avtomatik G-5 12 PTB" markalı tapança götürülmüşdür.

Sadiq Səlimova bıçaqla xəsarət yetirib, hadisə yerindən qaçmış Vüqar Məmmədov tutulmuşdur

18.02.2013

Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də Sadiq Səlimova bıçaqla xəsarət yetirib, hadisə yerindən qaçmış Vüqar Məmmədov tutulmuşdur.

Bakı şəhər sakini Sabir Lətifovdan tapança və 5 ədəd patron götürülmüşdür

18.02.2013

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Sabir Lətifovdan "Zauer" markalı tapança və 5 ədəd patron götürülmüşdür.

Oğurluq etmiş Göyçay rayon sakini Rəşad Rəhimov tutulmuşdur

18.02.2013

Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 17-də Veys Əsədovun evindən geyim və məişət əşyaları oğurlamış rayon sakini Rəşad Rəhimov tutulmuşdur.

Dərmandan və dəm qazından zəhərlənmiş şəxslər xəstəxanalara gətirilmişlər

18.02.2013

Fevralın 17-də Abşeron rayon sakinləri Tofiq İsayev, Elçin Allahverənov, Sumqayıt şəhər sakinləri Kəmalə Mirzəyeva, Tamella Əliyeva və Gəncə şəhər sakini Mətanət Kazımova evlərindən dərmandan və dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

O.M.