Kommunal pul üstündə qan düşdü

Kommunal pul üstündə qan düşdü

19 Fevral 2013 11:47
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Şəhər Baş Polis İdarəsindən Oxumeni.az-a verilən məlumata görə, fevralın 18-də Nizami küçəsində yaşayan 65 yaşlı Akif Rəsulov bıçaqlanıb. O, ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib. Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 63 yaşlı Emanuel Eminov tutulub. İşi araşdıran Səbail Rayon Polis İdarəsinin müstəntiqi Mirrəvan Ağayev açıqlamasında bildirdi ki, bıçaqlanma kommunal xərcləri ödənilməsi üstündə yaranıb. Bir otaqda yaşayan hər iki şəxs pul üstündə mübahisə edib. Mubahisə zamanı Emanuel bıçaqla Akifə bir bıçaq zərbəsi vurub.

O.M.