Samur-Abşeron kanalından cəsəd tapılıb

Samur-Abşeron kanalından cəsəd tapılıb

3 May 2011 14:52
Bəyəndim (0) Bəyənmədim (0)




4 gün əvvəl itkin düşən Quba rayon Hacıhüseynli kənd sakini, 51 yaşlı Əzizov Nurulla Ağakərim oğlunun cəsədi Samur-Abşeron kanalından tapılıb.


Onun meyiti Barlı kəndi ərazində aşkarlanıb. "oxumeni.az" saytının fövqəladə hallar nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 1960-cı il təvəllüdlü N. Əzizovun axtarışına kənd sakinləri və müvafiq orqanların əməkdaşları cəlb olunub.


FHN-nin dalğıclarının kanalda keçirdiyi axtarış nəticəsində bu gün səhər saatlarında mərhumun meyiti tapılaraq ekspertizaya göndərilib. Onun Samur-Abşeron kanalından su götürmək istəyərkən kanala düşdüyü ehtimal edilir.


Faktla bağlı araşdırmalar davam edir.