Onlar 32 yaşlı azərbaycanlının "oğru" adı almasını "qeyd etmək" üçün restorana yığışmışdılar

Onlar 32 yaşlı azərbaycanlının "oğru" adı almasını "qeyd etmək" üçün restorana yığışmışdılar

19 Fevral 2013 10:41
Bəyəndim (0) Bəyənmədim (0)
"14 "oğru" və 27 "kriminal avtoritet" saxlanılıb"

Rusiyanın paytaxtı Moskvada polis şəhərin şərq və şimal-qərb səmtlərində keçirilən iki "sxodka"nın, yəni "oğru" toplantılarının üzvlərini həbs edib.

Oxumeni.az-ın Moskva Baş Polis İdarəsinin rəsmi saytına istinadən bildirir ki, bu əməliyyatlar eyni vaxtda keçirilib. Şəhərin Preobrajenski Val küçəsində 51 azərbaycanlı tutulub. Onlar 32 yaşlı azərbaycanlının "oğru" adı almasını "qeyd etmək" üçün restorana yığışmışdılar. Polis əməliyyatı zamanı 6 azərbaycanlı üstlərindəki silahları atmağa çalışsa da, polis əməkdaşları həmin silahları götürüblər. Moskvanın şimal-qərbindəki hamamlaran birində isə digər "sxodka"nın qarşısı alınıb.

Burada Azərbaycan, Gürcüstan və Şimali Qafqazdan, habelə Rusiyanın müxtəlif bölgələrindən olan 14 "oğru" və 27 "kriminal avtoritet" saxlanılıb.
"Oğru"lardan 3 nəfəri azərbaycanlılardır. "Tutulanlar polis idarələrinə aparılıblar. Onlarla bağlı operativ istintaq tədbirləri gerçəkləşdirilir, bu şəxslərin inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi həll olunur", - Moskva Baş Polis İdarəsinin rəsmi açıqlamasında deyilir.

"Kriminalnaya Rossiya" bildirir ki, bu iki "oğru" toplantısının yeri barədə polisə müfəssəl məlumatları yanvarın 16-da Moskvada "Starıy Faeton" restoranının qarşısında qətlə yetirilən, "Ded Hasan" ləqəbli "oğru" Aslan Usoyanın adamlarının məlumat verdikləri deyilir. Tutulan şəxslər Usoyanın dəstəsinə qarşı çıxan "oğru"lar və onların tərəfdaşları idilər. Onların arasında "Rövşən Lənkəranski" kimi tanınan azərbaycanlı "oğru" Rövşən Canıyevin adamlarının da ola biləcəyi istisna olunmur. Moskva polisindəki mənbə hesab edir ki, "Ded Hasan"ın adamları bu minvalla "Rövşən Lənkəranski" ətrafındakı haləni daha da daraltmağa çalışırlar. Bu arada "Ded Hasan"ın adamlarından biri, "Artyom Lipetski" kimi tanınan "oğru", 33 yaşlı Artyom Arakelyan Saratov şəhərindəki düşərgəyə köçürülüb.
Köçürülmədən sonra Arakelyanın Saratov şəhərindəki "obşak"a nəzarət edəcək adamlara, yəni "Ded Hasan"ın dəstəsindən olan "oğru"lara dəstək verəcəyi bildirilir.
Artyom Arakelyan ötən ilin yayında "Ded Hasan"ın dəstəsindəki "oğru"lar tərəfindən "oğru" adını almışdı.

O.M.

http://petrovka38.ru/news/42101/