Azərbaycanda 16-17 fevralın kriminal xronikası

Azərbaycanda 16-17 fevralın kriminal xronikası

18 Fevral 2013 14:04
Bəyəndim (0) Bəyənmədim (0)
İstirahət günləri ərzində 95 cinayət faktı qeydə alınmışdır

Şənbə günü ərzində 57 cinayət faktı qeydə alınmışdır.

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 57 cinayət faktı qeydə alınmış, onların da 36-ı "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 11 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 33 nəfər tutulmuşdur.

İmişli rayonu ərazisində yanmış avtomaşından rayon sakini M.Orucovun meyiti tapılmışdır

16.02.2013

Fevralın 16-da saat 09.30 radələrində İmişli rayonunun Cəfərli kəndi ərazisində, rayon sakini Mənsudi Orucova məxsus "VAZ-2107" markalı avtomaşında yanğın baş vermişdir. Nəticədə avtomaşının yanar konstruksiyaları yanmış, yanğın söndürüldükdən sonra M.Orucovun bıçaqla qətlə yetirildikdən sonra yanmış meyiti tapılmışdır. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri İmişli RPŞ tərəfindən aparılır.

Yasamal rayonu ərazisində müəyyən edilməmiş motosikletlə Abşeron rayon sakini F.Vəlibəyova vurulmuşdur

16.02.2013

Fevralın 16-da saat 19.00 radələrində Yasamal rayonu ərazisində, müəyyən edilməmiş motosikletlə Abşeron rayon sakini Fəridə Vəlibəyova vurulmuşdur. Nəticədə xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla 7 yaşlı L.Zeynalova vurulmuşdur

16.02.2013

Fevralın 16-da saat 19.20 radələrində Yasamal rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla şəhər sakini 7 yaşlı Lalə Zeynalova vurulmuşdur. Nəticədə xəsarət almış uşağa xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Nəsimi rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla 5 yaşlı N.Bazayev vurulmuşdur

16.02.2013

Fevralın 16-da saat 17.00 radələrində Nəsimi rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Sumqayıt şəhər sakini 5 yaşlı Nihad Bazayev vurulmuşdur. Nəticədə xəsarət almış uşaq xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Bakı şəhər sakini Ə.Mirzəyevə qarşı zor tətbiq edərək ondan pul almış Binə qəsəbə sakini T.Yaqubzadə tutulmuşdur

16.02.2013

Fevralın 15-də Bakının Nizami rayonu ərazisində, naməlum şəxs şəhər sakini Əsmər Mirzəyevə qarşı zor tətbiq edərək, ondan 100 manat pul almışdır. Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Binə qəsəbə sakini Tərlan Yaqubzadə tutulmuşdur.

Şüvəlan Qaz İstismar Sahəsinə məxsus dəmir boruları oğurlamış şəxslər tutulmuşlar

16.02.2013

Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-da Şüvəlan Qaz İstismar Sahəsinə məxsus 300 metr uzunluğunda dəmir boruları oğurlamış, qəsəbə sakinləri Mahir Məlikov, Vural Əhmədov və Mübariz Abdullayev tutulmuşlar.

N.Məmmədovanın banka saxta sənəd təqdim edərək pul götürməsi ilə bağlı cinayət işi başlanmışdır

16.02.2013

Bakı şəhər sakini Nuranə Məmmədovanın Bank Respublikanın Əhmədli filialına saxta sənəd təqdim edərək, oradan 2000 manat pul götürməsi müəyyən edilmişdir. Faktla əlaqədar cinayət işi başlanmışdır.

S.Abdullayevaya məxsus pul və şəxsi sənədləri oğurlamış Bakı şəhər sakini M.Kərimov tutulmuşdur

16.02.2013

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 15-də Səbinə Abdullayevaya məxsus 460 manat pul və şəxsi sənədləri oğurlamış Bakı şəhər sakini Mətləb Kərimov tutulmuşdur.

E.Məmmədovun ölümü ilə nəticələnən YNH-ni törətmiş sürücünün şəxsiyyəti müəyyən edilmişdir

16.02.2013

Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 15-də Elton Məmmədovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin "VAZ-2106" markalı avtomaşının sürücüsü Gəncə şəhər sakini Şirinalı Məmmədov tərəfindən törədilməsi müəyyən edilmişdir.

E.Əliyevə məxsus mobil telefonu oğurlamış Sumqayıt şəhər sakini M.Quliyev tutulmuşdur

16.02.2013

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 15-də Elmar Əliyevə məxsus mobil telefonu oğurlamış Sumqayıt şəhər sakini Murad Quliyev tutulmuşdur.

Fevralın 6-da N.Əliyevə məxsus mağazadan oğurluq etmiş Sumqayıt şəhər sakini N.Paşayev tutulmuşdur

16.02.2013

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da Nurəddin Əliyevə məxsus mağazadan danışıq kartları və tütün məmulatı oğurlamış H.Z.Tağıyev qəsəbə sakini Nurlan Paşayev tutulmuşdur.

Gəncə şəhər Qaz İstismar İdarəsinin həyətindən boru oğurlamağa cəhd göstərmiş E.Həsənov tutulmuşdur

16.02.2013

Fevralın 14-də Gəncə şəhər Qaz İstismar İdarəsinin həyətindən boru oğurlamağa cəhd göstərmiş Gülüstan qəsəbə sakini Elcan Həsənov oranın işçiləri tərəfindən tutulmuşdur. E.Həsənovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun müxtəlif vaxtlarda həmin İdarənin həyətindən ümumilikdə 445 metr uzunluğunda dəmir boru oğurlaması Nizami (Gəncə) RPİ əməkdaşları tərəfindən müəyyən edilmişdir.

Gəncə şəhər sakini B.Aslanova məxsus evdən oğurluq etmiş şəxslər tutulmuşlar

16.02.2013

Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevral ayının 10-dan 16-dək olan müddət ərzində, Məhsəti qəsəbəsi ərazisində, Gəncə şəhər sakini Bəxtiyar Aslanova məxsus evdən elektrik avadanlıqları oğurlamış qəsəbə sakinləri Tural Məmmədov, Elvin Abbasov və Arzu Namazov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların 2012-ci ilin noyabr ayından cari ilin fevral ayınadək olan müddət ərzində, qəsəbə sakinləri Afət Məmmədovanın və Akif Həsənovun evindən məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.

Yol-hərəkəti qaydalarını pozduğuna görə saxlanılmış maşında olanlar polis əməkdaşlarını şantajla hədələmişlər

16.02.2013

Fevralın 16-da saat 09.50 radələrində, Bakı-Qazax yolunun 267-ci km-də, Bakı şəhər sakini Rövşən Qafarov "Saipa" markalı avtomaşını idarə edərkən, yol-hərəkəti qaydalarını pozduğuna görə Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılmışdır. Bu zaman avtomaşında olan sərnişinlər Xuraman Quliyeva, Ayaz Əmirov və Təbriz Dəmirov özlərini "Korrupsiya və Qanun" qəzetinin baş redaktoru, redaktor müavini və müxbiri kimi təqdim edərək, kamera vasitəsilə polis əməkdaşlarını çəkib, onları işdən azad etdirəcəkləri ilə hədələmişlər. Faktla əlaqədar prokurorluq tərəfindən araşdırmalar aparılır.

Qidadan, dərmandan və dəm qazından zəhərlənmiş şəxslər xəstəxanalara gətirilmişlər

16.02.2013

Fevralın 16-da Sumqayıt şəhər sakinləri Vüsal Piriyev, Tükəzban Xələfova, Ağstafa rayon sakini Nigar Əliyeva, Gəncə şəhər sakini Kamran Bağırov, Abşeron rayon sakinləri Elvira Hüseynli, İsmayıl Cəfərov və Ağdam rayon sakini Sevinc Xəlilova evlərindən qidadan, dərmandan və dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Bakı şəhər sakini Vüqar Kərimov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən kənd sakini Aslan Məmmədov xəsarət almışdır

16.02.2013

Fevralın 16-da Ağsu rayonunun İlxıçı kəndi ərazisində, Bakı şəhər sakini Vüqar Kərimov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən kənd sakini Aslan Məmmədov xəsarət almışdır. A.Məmmədov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir. V.Kərimovdan 1 ədəd ov tüfəngi götürülmüşdür. Araşdırmalar aparılır.

Bazar günü ərzində 38 cinayət faktı qeydə alınmışdır.

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 38 cinayət faktı qeydə alınmış, onların da 17-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 9 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 21 nəfər tutulmuşdur.

Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi

17.02.2013

Fevralın 17-də Binəqədi rayonu ərazisində, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Şünasib Əliyev qısqanclıq zəminində Bahadur Hüseynova balta ilə baş nahiyəsindən xəsarət yetirmişdir. Ş.Əliyev Binəqədi RPİ 5-ci PB əməkdaşları tərəfindən tutulmuşdur.

Ucar rayonunun Qaradağlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

17.02.2013

Fevralın 17-də saat 07.15 radələrində Ucar rayonunun Qaradağlı kəndi ərazisində, Göygöl rayon sakini Elçin Məmmədovun idarə etdiyi "Nissan-Teana", Bərdə rayon sakini Asif Nuruşovun idarə etdiyi "VAZ-21099", Daşkəsən rayon sakini Ramin İbrahimovun idarə etdiyi "Shacman" və Ucar rayon sakini Elman Abdullayevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə E.Məmmədov və sərnişinləri atası Həsənxan, anası Aygün və həmyerliləri Xəyal Verdiyev hadisə yerində ölmüşdür.

Beyləqan rayonu ərazisində yol-nəqliyyat hadisəsi

17.02.2013

Fevralın 17-də saat 23.00 radələrində Beyləqan rayonu ərazisində, rayon sakinləri Ruslan Sadıqovun idarə etdiyi "VAZ-2106" və Orxan Cavadlının idarə etdiyi "Mercedes-Benz" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə R.Sadıqovun sərnişinləri Mirbəşir İsmayıllı və Fuad İsmayılov ölmüşlər.

Ağdaş rayonunun Əmirarx kəndi ərazisində yol-nəqliyyat hadisəsi

17.02.2013

Fevralın 17-də saat 07.00 radələrində Ağdaş rayonunun Əmirarx kəndi ərazisində, Bakı şəhər sakini Fikrət Məmmədov "Daewoo Nexia" markalı avtomaşını idarə edərkən, onu aşırmışdır. Nəticədə F.Məmmədovun sərnişini Cavanşir Baxşəliyev hadisə yerində ölmüşdür.

Cəlilabad rayonunun Sərxanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

17.02.2013

Fevralın 17-də saat 16.40 radələrində Cəlilabad rayonunun Sərxanlı kəndi ərazisində, kənd sakini Şamil İbayev "VAZ-21011" markalı avtomaşını idarə edərkən, onu yolun kənarındakı gölə aşırmışdır. Nəticədə Ş.İbayevin sərnişini - 10 yaşlı oğlu Ravi suda boğularaq ölmüşdür.

Astara rayonunun Səlivə kənd sakini Bəylər İbrahimova məxsus evdə yanğın baş vermişdir

17.02.2013

Fevralın 17-də saat 10.30 radələrində Astara rayonunun Səlivə kənd sakini Bəylər İbrahimova məxsus evdə yanğın baş vermişdir. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, B.İbrahimovun - qızı 1 yaşlı Aytac isə aldığı yanıq xəsarətindən ölmüşdür.

Sumqayıt şəhəri ərazisindəki çay evlərinin birində kazino-qumarxana təşkil edildiyi müəyyən edilmişdir

17.02.2013

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisindəki çay evlərinin birində, şəhər sakini Rəşad Vəliyevin "on line" sistemi ilə kazino-qumarxana təşkil etməsi müəyyən edilmişdir. Oraya baxış zamanı 12 kompüter dəsti, 1 ədəd modem, 1 ədəd möhür, hesabatların aparıldığı 4 ədəd jurnal və 457 manat məbləğində uduşa qoyulmuş pul aşkar olunaraq götürülmüşdür.

Rüstəm Sultanovu xuliqanlıq zəminində döymüş Bakı şəhər sakini Emin Paşayev tutulmuşdur

17.02.2013

Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 17-də Rüstəm Sultanovu xuliqanlıq zəminində döymüş Bakı şəhər sakini Emin Paşayev tutulmuşdur.

Sumqayıt şəhəri ərazisindəki internet klubların birində kazino-qumarxana təşkil olunması müəyyən edilmişdir

17.02.2013

Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Z.Tağıyev qəsəbəsi ərazisindəki internet klubların birində, qəsəbə sakini Alı Rəsulovun "online" sistemi ilə kazino-qumarxana təşkil etməsi müəyyən edilmişdir. Oraya baxış zamanı 2 kompüter dəsti aşkar olunaraq götürülmüşdür.

Göyçay rayon sakini C.Quliyevanın evindən oğurluq etmiş H.Kərimov tutulmuşdur

17.02.2013

Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-da Cəmalə Quliyevanın evindən oğurluq etmiş rayon sakini Hacı Kərimov tutulmuşdur.

Şəmkir rayonu ərazisində silah-sursat tapılmışdır

17.02.2013

Şəmkir RPŞ əməkdaşları tərəfindən Seyfəli kəndi ərazisində kustar üsulla hazırlanmış 1 ədəd tapança və 15 ədəd müxtəlif çaplı patron tapılmışdır.

Axtarışda olan Şamil Binalov tutulmuşdur

17.02.2013

Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində RF-nin Xantı-Mansiysk Daxili İşlər İdarəsi tərəfindən Rusiya Federasiyası CM-nin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Şamil Binalov tutulmuşdur.

"112" xidmətinə zəng edərək yalan məlumat vermiş şəxs saxlanılmışdır

17.02.2013

Fevralın 17-də saat 16.00 radələrində, Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng etmiş naməlum şəxs "Eşitmişəm Masallı RPŞ-nə bomba qoyublar" deyərək telefonu qapamışdır. Məlumat DİN Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülmüş, müvafiq tədbirlər görülmüş, təsdiqini tapmamışdır. Araşdırmalar zamanı zəng edən şəxsin Masallı rayonunun Qızılavar kənd sakini Rəşadət Əzizov olması müəyyən edilmiş və o saxlanılmışdır.

Hövsan qəsəbə sakini F.Əhmədov damdan yıxılaraq ölmüşdür

17.02.2013

Fevralın 17-də Xəzər rayonunun Buzovna qəsəbə sakini Vidadi Əhmədovun evində təmir işləri aparan Hövsan qəsəbə sakini Fikrət Əhmədov damdan yıxılaraq ölmüşdür.

6 nəfər zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər

17.02.2013

Fevralın 17-də Sumqayıt şəhər sakinləri Xəyalə Paşayeva, Qərib Hüseynov, Sona Qurbanova, nəvələri 5 yaşlı Həmayə Hüseynzadə və 5 yaşlı Elşad Məlikov və Abşeron rayon sakini Tofiq İsayev mənzillərindən dərmandan və dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

O.M.