İranda azərbaycanlı şallaqlandı

İranda azərbaycanlı şallaqlandı

18 Fevral 2013 10:27
Bəyəndim (0) Bəyənmədim (0)

İranda azərbaycanlı fəal Yaşar Piri həbs və şallaq cəzalarına məhkum edib. Məlumata görə, Təbriz Ümumi Məhkəməsinin 104-cü şöbəsi Yaşar Pirini ümumi asayişi pozmaqda günahlandıraraq üç il müddətinə təxirə salınmaqla 3 ay həbs və 30 zərbə şallaq cəzası verib. Bundan əlavə, azərbaycanlı fəalın İranın futbol üzrə ölkə çempionatında mübarizə aparan Təbrizin "Traktor" komandasının oyunlarını stadiondan izləməsinə qadağa qoyulub.
Qeyd edək ki, Y. Piri 2011-ci il avqustun 27-də Urmiya gölü ilə bağlı Təbriz və Urmiya şəhərlərində keçirilmiş aksiyalar zamanı həbs olunub və 20 gün İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) təcridxanasında saxlanıldıqdan sonra zəmanətlə azadlığa buraxılıb.

O.M.