Bakıda narkotik alverçisi yaxalanıb

Bakıda narkotik alverçisi yaxalanıb

3 May 2011 13:00
Bəyəndim (0) Bəyənmədim (0)


Bakıda narkotik alverçisi həbs olunub. Bakı şəhəri Xətai rayonu 1 saylı polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Şağan qəsəbə sakini Kamran Məlikov saxlanılıb. Onun üzərinə baxış zamanı 2,078 qram geroin aşkarlanaraq götürülüb.


Daha sonra polis əməkdaşları onun evində axtarış aparıb, ilkin baxış zamanı 630,029 qram geroin aşkar edərək götürüblər.


Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, Kamran Məlikovun narkotik maddəni haradan əldə etməsi barədə araşdırmalar davam edir.


Narkomanları dilində buna "lomka" deyirlər...

Hafiz Əhmədov

O.M.