Azərbaycanda 14 fevralın kriminal xronikası

Azərbaycanda 14 fevralın kriminal xronikası

15 Fevral 2013 15:09
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 53 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 53 cinayət faktı qeydə alınmış, onların da 32-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 27 nəfər tutulmuşdur.

Binəqədi rayon ərazisindəki avtoyuma məntəqələrinin birindən avtomaşın qaçırmış A.Manafov tutulmuşdur

14.02.2013

Fevralın 13-də Binəqədi rayon ərazisindəki avtoyuma məntəqələrinin birində, orada işləyən Anar adlı şəxs Abşeron rayon sakini Sadiq Səlimova məxsus "Mercedes" markalı avtomaşını qaçırmış və idarə edərkən, onu yolun kənarındakı beton səddə vurmuşdur. Binəqədi RPİ 5-ci PB əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində, hadisəni törətmiş Yevlax rayon sakini Anar Manafov tutulmuşdur.

Yasamal rayonu ərazisində "İsuzu" markalı avtomaşınla piyada vurulmuşdur

14.02.2013

Fevralın 14-də saat 12.00 radələrində Yasamal rayonu ərazisində, şəhər sakini Elsevər Çərkəzov "İsuzu" markalı avtomaşını idarə edərkən, yolu keçən həmyerlisi Ziyadxan Əliyevi vurmuşdur. Nəticədə, xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Milli parkda ruhi xəstə olan paytaxt sakini E.Xəlilov özünü dənizə atmışdır

14.02.2013

Fevralın 14-də Səbail rayonu ərazisində, Milli parkda, şəhər sakini ruhi xəstə Etibar Xəlilov özünü dənizə atmışdır. Onun meyiti sudan çıxarılmışdır.

Lökbatan qəsəbə sakin M.Fərziyevə məxsus emalatxanadan dəmir qapını oğurlamış şəxslər tutulmuşlar

14.02.2013

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də Lökbatan qəsəbə sakin Mirhüseyn Fərziyevə məxsus emalatxanadan 1 ədəd dəmir qapını oğurlamış həmyerliləri Rasim Hacıyev və Qurban İdrisov tutulmuşlar.

Fevralın 13-də Ş.Rəhimovu bıçaqla qətlə yetirmiş Bakı şəhər sakini N.Cəfərov tutulmuşdur

14.02.2013

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də Şaiq Rəhimovu bıçaqla qətlə yetirmiş Bakı şəhər sakini Nəbi Cəfərov tutulmuşdur.

Fevralın 1-də Ramana qəsəbə sakini J.Seyfullazadənin mobil telefonunu oğurlamış R.Abdullayev tutulmuşdur

14.02.2013

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-də Ramana qəsəbə sakini Jalə Seyfullazadənin mobil telefonunu oğurlamış şəhər sakini Rahib Abdullayev tutulmuşdur.

Fevralın 12-də YNH zamanı ölənin şəxsiyyəti müəyyən edilmişdir

14.02.2013

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də yol-nəqliyyat hadisəsi zamanı ölənin şəxsiyyəti müəyyən edilmişdir. O, Yevlax rayon sakini Sevinc Rəfiyeva olmuş, "Niva" markalı avtomaşının isə Bakı şəhər sakini Elvin Musayev tərəfindən idarə edilməsi müəyyən edilmişdir.

Fevralın 13-də İ.Qarayevə məxsus avtomaşından oğurluq etmiş K.Cavadlı tutulmuşdur

14.02.2013

Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də İlqar Qarayevə məxsus "Hyundai" markalı avtomaşından 120 manat pul və şəxsi sənədləri oğurlamış Sabirabad rayon sakini Kamil Cavadlı tutulmuşdur.

Fevralın 11-də E.Qəribova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış A.Nəsirov tutulmuşdur

14.02.2013

Şamaxı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də Elçin Qəribova bıçaqla xəsarət yetirib, hadisə yerindən qaçmış Anar Nəsirov tutulmuşdur.

Fevralın 8-də Kürdəmir rayon Su-Kanal İdarəsinə məxsus kanalizasiya qapaqlarını oğurlamış N.Məmmədov tutulmuşdur

14.02.2013

Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də rayon Su-Kanal İdarəsinə məxsus 4 ədəd kanalizasiya qapaqlarını oğurlamış rayon sakini Nurlan Məmmədov tutulmuşdur.

Kürdəmir rayon sakini Ə.Qənbərovun evindən oğurluq etmiş S.Məmmədov tutulmuşdur

14.02.2013

Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ənvər Qənbərovun evindən qızıl əşyaları oğurlamış rayon sakini Sabir Məmmədov tutulmuşdur.

Sədərək rayon sakini Q.Zeynalov tapdığı silahı polisə təhvil vermişdir

14.02.2013

Sədərək rayon sakini Qafar Zeynalov tapdığı 1 ədəd "Makarov" tipli tapançanı könüllü olaraq RPŞ-nə təhvil vermişdir.

Sabunçu rayon sakini V.İsbəndiyarova zəhərlənmə nəticəsində ölmüşdür

14.02.2013

Fevralın 9-da Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Vüsalə İsbəndiyarova sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş və fevralın 14-də orada ölmüşdür.

O.M.