Yasamalda piyada öldürüldü

Yasamalda piyada öldürüldü

15 Fevral 2013 11:30
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 14-də Bakı şəhərinin Yasamal rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən Oxumeni.az-a verilən məlumata görə, Şərifzadə küçəsində, 1968-ci il təvəllüdlü Çərkəzov Elsevər Hacıbala oğlu idarə etdiyi "İsuzu" markalı yük maşını ilə 1961-ci il təvəllüdlü Əliyev Ziyadxan Rəhman oğlunu vurub. Piyada ağır vəziyyətdə aparıldığı Kliniki Tibbi Mərkəzdə ölüb. Qeyd edək ki, qəzanı törətmiş yük maşını "Neptun" MMC-yə məxsus olub. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.

O.M.