Yeniyetmə qız sonuncu dəfə evlə əlaqə saxlayarkən deyib ki, bulvardadır və bu gündən ailə qurur

Yeniyetmə qız sonuncu dəfə evlə əlaqə saxlayarkən deyib ki, bulvardadır və bu gündən ailə qurur

14 Fevral 2013 12:37
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda 16 yaşlı qız itkin düşüb. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, rayon sakini, 1997-ci il təvəllüdlü Q.E itkin düşmüş şəxs kimi axtarışa verilib. Yeniyetmə qızın ailə üzvləri fevralın 12-də Polis İdarəsinə gələrək bildiriblər ki, qızları artıq 2 gündür evə gəlmir. Yeniyetmə qız sonuncu dəfə evlə əlaqə saxlayarkən deyib ki, bulvardadır və bu gündən ailə qurur. Həmin vaxtdan sonra onun telefonuna zəng çatmayıb. Hazırda yeniyetmə qızın harada olması, kiminlə yaşaması araşdırılır. Axtarış tədbirləri davam etdirilir.

O.M.