"Binə" ticarət mərkəzində qan töküldü, adam öldürüldü

"Binə" ticarət mərkəzində qan töküldü, adam öldürüldü

14 Fevral 2013 10:21
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Qaradağ rayonu ərazisində qətl hadisəsi törədilib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Binə ticarət mərkəzinin həyətində yerləşən "Dərya-Dəniz" kafesində dava-dalaş düşüb. Hadisə zamanı 1982-ci il təvəllüdlü Rəhimov Şaiq Əsgərxan oğlu bıçaqlanıb. O xəstəxanaya aparılarkən ölüb. Hadisə ilə bağlı əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Ş.Rəhimovu qətlə yetirən şəxs və ya şəxslərin yaxalanaraq məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.

O.M.