Piyadalar, diqqətli olun

Piyadalar, diqqətli olun

3 May 2011 13:02
Bəyəndim (0) Bəyənmədim (0)



Bu gün gecə saatlarında piyadaların vurulması ilə nəticələnən üç yol qəza hadisəsi baş verib.


Şirvan şəhəri ərazisində şəhər sakini Səbuhi Nükükər "VAZ-2106" markalı avtomaşını idarə edərkən həmyerlisi 7 yaşlı Elyar Mürsəlovu vurub. Nəticədə E. Mürsəlov hadisə yerindəcə ölüb.


Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində qəsəbə sakini Mühəddin Gülverdiyev "VAZ-2106" markalı avtomaşını idarə edərkən Yardımlı rayon sakini Nəzakət Cəfərovanı vurub. Hadisə nəticəsində yaralı xəstəxanaya çatdırılsa da, orada həyatını itirib.


Başqa bir hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb. Müəyyən edilməmiş avtomaşınla Sabirabad rayon sakini Elşən Qurbanov vurulub. Nəticədə xəsarət almış E.Qurbanov dərhal xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta-ağırdır.


Hər üç faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Yol şeytanı həmişəki kimi postdadır. Onunla qarşılaşmamaq üçün ehtiyatlı olmaq lazımdır...

Elvin Babayev

O.M.