Azərbaycanda 12 fevralın kriminal xronikası

Azərbaycanda 12 fevralın kriminal xronikası

13 Fevral 2013 13:37
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 52 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 52 cinayət faktı qeydə alınmış, onların da 25-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 36 nəfər tutulmuşdur.

Paytaxtın Nizami rayonu ərazisində şəhər sakini N.Səmədova qarşı quldurluq etmiş şəxslər tutulmuşlar

12.02.2013

Fevralın 11-də Bakının Nizami rayonu ərazisində, naməlum şəxslər şəhər sakini, əvvəllər məhkum olunmuş Nurəddin Səmədovu bıçaqla hədələyib, ondan 320 manat pul almışlar. Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən şəhər sakinləri Flora Hüseynova, Tamilla Məmmədova və Masallı rayon sakini Ofeliya Musayeva tutulmuşlar.

Qaradağ rayonu ərazisində "VAZ-21015" markalı avtomaşın aşmışdır

12.02.2013

Fevralın 12-də saat 14.30 radələrində Qaradağ rayonu ərazisində, Ucar rayon sakini Əhməd Yusibov "VAZ-21015" markalı avtomaşını idarə edərkən, onu aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüşdür.

Şamaxı rayonu ərazisində sürücü İ.Şəfiyev yük maşınını idarə edərkən yolu keçən piyadanı vurmuşdur

12.02.2013

Fevralın 12-də saat 12.50 radələrində Şamaxı rayonu ərazisində, rayon sakini İxtiyar Şəfiyev "KamAZ" markalı avtomaşını idarə edərkən yolu keçən şəhər sakini Bahadur Əzizovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Bakının Nizami rayonu ərazisində "Mercedes" markalı avtomaşınla 3 piyada vurulmuşdur

12.02.2013

Fevralın 12-də saat 19.45 radələrində Bakının Nizami rayonu ərazisində, şəhər sakini Elçin Abbasov "Mercedes" markalı avtomaşını idarə edərkən, yolu keçən Yevlax rayon sakinləri Ramilə Cavadovanı, onun qızı 5 yaşlı Gülçini və bacısı Gülnarı vurmuşdur. Nəticədə Gülnar hadisə yerində, Gülçin xəstəxanada ölmüş, Ramilə isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi

12.02.2013

Fevralın 12-də saat 04.40 radələrində Nəsimi rayonu ərazisində, Gəncə şəhər sakini Teymur Məmişovun idarə etdiyi "Niva" və şəhər sakini Lətif Abdullayevin idarə etdiyi "London-Taxi" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə, xəsarətlə xəstəxanaya yerləşdirilmiş T.Məmişovun sərnişini 25-30 yaşlı qadın orada ölmüşdür.

Fevralın 9-da A.Tağıyevə qarşı zor tətbiq edərək ondan pul almış Abşeron rayon sakini P.Əsgərov tutulmuşdur

12.02.2013

Çevik Polis Alayı və Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 9-da Aftandil Tağıyevə qarşı zor tətbiq edərək, ondan 30 manat pul almış Abşeron rayon sakini Pərviz Əsgərov tutulmuşdur.

2012-ci il iyulun 26-da O.Mansurluya məxsus telefonları oğurlamış paytaxt sakini Ə.Əliyev tutulmuşdur

12.02.2013

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2012-ci il iyulun 26-da Orxan Mansurluya məxsus telefonları oğurlamış şəhər sakini, əvvəllər məhkum olunmuş Əsgər Əliyev tutulmuşdur.

Fevralın 11-də T.Quliyevə məxsus mağazadan oğurluq etmiş şəxslər tutulmuşlar

12.02.2013

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də Tanrıverdi Quliyevə məxsus mağazadan 3000 manat pul, 1 ədəd noutbuk və danışıq kartları oğurlamış Lənkəran rayon sakini Hilal Ağazadə və şəhər sakini Şamil Sadıqov tutulmuşlar.

Bakı şəhər sakini F.Səfərəliyevdən tapança götürülmüşdür

12.02.2013

Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Füzuli Səfərəliyevdən 1 ədəd "Naqan" markalı tapança götürülmüşdür.

Paytaxt sakini Y.Niftəliyevə məxsus kafedən oğurluğa cəhd göstərmiş Qazax rayon sakini T.Məmmədov tutulmuşdur

12.02.2013

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də şəhər sakini Yavər Niftəliyevə məxsus "Xan Qalası" kafesindən mobil telefon və fləşkart oğurlamağa cəhd göstərmiş Qazax rayon sakini Tural Məmmədov tutulmuşdur.

Fevralın 11-də N.Muradova məxsus mağazadan oğurluq etmiş Hacıqabul rayon sakini Ş.Quliyeva tutulmuşdur

12.02.2013

Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də Niyazi Muradova məxsus mağazadan geyim əşyaları oğurlamış Hacıqabul rayon sakini Şəhla Quliyeva tutulmuşdur.

Fevralın 11-də İmişli rayon sakini M.Rəhimova məxsus qoyunu oğurlamış Z.Məmmədalıyev tutulmuşdur

12.02.2013

İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də Qaradonlu kənd sakini Mirzəli Rəhimova məxsus 1 baş qoyunu oğurlamış Biləsuvar rayon sakini Ziya Məmmədalıyev tutulmuşdur.

"102" Zəng Mərkəzinə zəng edərək yalan məlumat vermiş Qazax rayon sakini H.Bayramov saxlanılmışdır

12.02.2013

Fevralın 12-də saat 16:13-də Qazax rayon sakini Röyal Yolçuyev adlı şəxs "102" Zəng Mərkəzinə zəng edərək, rayondakı 1 №-li Orta Məktəbə bomba qoyulması barədə məlumat vermişdir. Məlumat Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülmüş, müvafiq tədbirlər görülmüş, təsdiqini tapmamışdır. Araşdırma zamanı zəngin rayon sakini Həsrət Bayramov tərəfindən edilməsi müəyyən edilmiş və o, saxlanılmışdır.

3 nəfər zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər

12.02.2013

Fevralın 12-də Cəlilabad rayon sakini Zamiq Abbasov, Abşeron rayon sakinləri Pakizə Əhmədova, Aygün İsmayılova spirtli içkidən, dərmandan və dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Salyan rayon sakini Ə.Əliyev aldığı yanıq xəsarətindən ölmüşdür

12.02.2013

Fevralın 12-də Salyan rayonunun Qaraçala kənd sakini Əlifağa Əliyev evində elektrik sobası ilə ehtiyatsız davrandığından yanıq xəsarəti almışdır. Xəstəxanaya yerləşdirilmiş Ə.Əliyev orada ölmüşdür.

Bərdə rayonu ərazisində sürücü Y.Hüseynov elektrik cərəyanı vurması nəticəsində ölmüşdür

12.02.2013

Fevralın 12-də Bərdə rayonu ərazisində, Laçın rayon sakini Yusif Hüseynov "KamAZ" markalı avtomaşınla məişət tullantılarını boşaldarkən, avtomaşının yük yeri elektrik kabelinə dəymişdir. Nəticədə sürücü elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

O.M.