Rusiyada azərbaycanlı qız toyundan sonra oğurlandı

Rusiyada azərbaycanlı qız toyundan sonra oğurlandı

13 Fevral 2013 14:09
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən Bakıda baş tutmalı olan oğlan toyu ağlaşma mərasimi ilə əvəz olundu

Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində 19 yaşlı Günel Elvar qızı adlı (qeyd: familiyası dəqiqləşdirilir) azərbaycanlı tələbə müəmmalı şəkildə yoxa çıxıb. Şahidlərin ifadələrinə əsasən oxumeni.az-ın xəbərinə görə, o, "Ural İqtisadiyyat, İdarəetmə və Hüquq İnstitutu"nun 2-cü kursunda təhsil alır. Yanvarın 31-də şəhərin restoranlarının birində onun qız toyu baş tutub. Lakin fevralın 01-də Günel instituta gedərkən naməlum şəxslər tərəfindən qeyri-müəyyən şəraitdə oğurlanıb. Valideynlər ilk əvvəl hüquq-mühafizə orqanlarına müraciət etməsələr də, sonradan buna məcbur olublar. Rusiya DİN Ural Federal Dairəsi üzrə Baş İdarəsinin İstintaq şöbəsində qızın milli adətlər səbəbindən qaçırılması versiyası istisna edilir. Cinayətin qızın atasının biznes fəaliyyəti ilə bağlı olduğu ehtimal olunur.

Qeyd edək ki, bəy gəlinin xalası oğludur. Dünən fevralın 12-də isə Günelin Bakıda oğlan toyu keçiriləcəkdi. Lakin bu günə qədər ondan xəbər çıxmadığından, toy bir növ ağlaşma mərasimi ilə əvəz olunub.

Mehriban Bəylərqızı

O.M.