Masallıda bıçaqlanma olub

Masallıda bıçaqlanma olub

3 May 2011 12:51
Bəyəndim (0) Bəyənmədim (0)


Masallı rayonunda bıçaqlanma hadisəsi olub. Bu gün gecə saatlarında Masallı rayonunda rayon sakini Cavad Cəfərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.


Rayon mərkəzi xəstəxanasından verilən məlumata görə, xəstə çoxlu qan itirib və vəziyyəti orta-ağırdır.


Hadisə ilə bağlı Masallı rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs Renat Eyvazov həbs edilib. Hadisənin münaqişə zəminində baş verdiyi güman edilir.


Faktla bağlı cinayət işi açılıb, təhqiqatlar davam edir.


Ani atılmış səhv bir addım bütün həyatı qaralda bilər...

Elvin Babayev

O.M.