Paytaxtda iki dostu qanına qəltan etdilər

Paytaxtda iki dostu qanına qəltan etdilər

13 Fevral 2013 11:51
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Sabunçu rayonu ərazisində iki dostun qanı axıdılıb. Rayon Polis İdarəsindən verilən məlumata görə, dünən Maştağa qəsəbəsində 25 yaşlı Alim Mirzəyev və onun 21 yaşlı dostu Nurbala Ramazanov naməlum şəxslər tərəfindən xəstəxanalıq ediliblər. Həmin şəxslər dostları möhkəm döyüb, Nurbalaya isə bir neçə bıçaq zərbəsi vurublar. Onlar ağır vəziyətdə xəstəxanaya yerləşdiriliblər. Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinin rəisi Zaur Bədəlov Milli.Az-a bildirdi ki, hələlik hadisə ilə bağlı saxlanılan yoxdur. Hadisənin hansı şəraitdə və səbəbdən baş verməsi məlum deyil. Dostları xəstəxanalıq edən şəxslərin tutulması üçün polis əməkdaşları işləyir.

O.M.