Bulvarda uşaqlara beşbarmaq və bıçaqla hücum edən dəstə saxlanılıb

Bulvarda uşaqlara beşbarmaq və bıçaqla hücum edən dəstə saxlanılıb

13 Fevral 2013 11:48
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda Səbail polisi azyaşlı uşaqlara qarşı quldurluq edən gənclərdən ibarət dəstəni saxlayıb. 5 nəfərlik dəstəni polis saxlayan vaxt onlardan cinayətdə istifadə edilən beşbarmaq və bıçaq kimi alətlərdən istifadə olunub. Fəqan Seyidov, Asif Əliyev, Ümid Hüseynzadə, Fərid Səfərli və Ümid Qubadovu Bakıda Səbail polisi İman Xətəliyev adlı şəxsin şikayəti əsasında saxlayıb. Məlum olub ki, onlar azyaşlı uşağı bulvar yaxınlığında hədələyib telefonunu alıblar. Saxlanılan gənclər törətdikləri cinayətləri etiraf ediblər. Polis adıçıkilən gənclərin Xətai və Nəsimi rayonunda da bənzər cinayətlər törətdiyini bildirir.

O.M.