Masallı sakini əmisini bıçaqladı

Masallı sakini əmisini bıçaqladı

13 Fevral 2013 11:33
Bəyəndim (0) Bəyənmədim (0)

Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib. Masallı Rayon Polis Şöbəsinin (RPŞ) istintaq bölməsinin rəisi Elçin Fərəcovun verdiyi məlumata görə, hadisə rayonun Musaküçə kəndində qeydə alınıb. Kənd sakini, 27 yaşlı Rahid Rzayev şəxsi münaqişə zəminində əmisi, 60 yaşlı Maqsud Rzayevi bıçaqlayıb. M.Rzayev qarın boşluğunun daxilə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisəni törətmiş Rahid Rzayev isə polis tərəfindən yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Onun barəsində Masallı rayon Məhkəməsinin qərarı ilə həbs qəti-imkan tədbiri seçilib. Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Qeyd edək ki, saxlanılan Rahid Rzayev Rusiya Federasiyasında məhkumluq həyatı yaşayıb.

O.M.