Bakıda “Mercedes” valideynləri gözüyaşlı qoydu

Bakıda “Mercedes” valideynləri gözüyaşlı qoydu

13 Fevral 2013 11:14
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nizami rayonu ərazisində dəhşətli yol qəzası olub. Rayon Polis İdarəsindən verilən məlumata görə, dünən saat 19:50 radələrində "Mercedes" markalı avtomobil metronun "Koroğlu" stansiyasının yaxınlığında yolu keçmək istəyən 3 piyadanı vurub. Heydər Əliyev prospektində baş verən qəzada maşın 5 yaşlı Gülçin Məmmədova, onun 30 yaşlı xalası Kamilə Cavadova və 50 yaşlı Səhi Qələndərlini vurub. Yaralılar 3 saylı Şəhər Xəstəxanasına çatdırılıblar. Azyaşlının xəsarətləri ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb. Ağır kəll-beyin travması alan G.Məmmədova xəstəxanada keçinib. Faktla bağlı araşdırma aparılır.

O.M.