Azərbaycanda silah çəkildi, 2 həbs

Azərbaycanda silah çəkildi, 2 həbs

12 Fevral 2013 13:10
Bəyəndim (0) Bəyənmədim (0)

Şəki rayonu ərazisində silahlı insident olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 10-da "Daşqaya" adlandırılan ərazidə naməlum şəxslər odlu silahdan havaya atəş açıblar. Şəki Şəhər Polis Şöbəsi əməkdaşları şübhəli şəxs qismində şəhər sakini Yalçın Əsgərzadə, Mingəçevir şəhər sakini Anar Şəfiyevi saxlayıblar. Y.Əsgərzadənin idarə etdiyi "Toyota Prado" markalı avtomaşına baxış zamanı 1 ədəd "Makarov" markalı tapança, 12 ədəd tapança patronu və 1 ədəd patron darağı, A.Şəfiyevin idarə etdiyi "VAZ-21154" markalı avtomaşına baxış zamanı isə 4 ədəd tapança patronu aşkar edilərək götürülüb. Onu da əlavə edək ki, A.Şəfiyev əvvəllər də məhkum olunub.

O.M.