Kafenin arxasında kişini deşik-deşik etdilər

Kafenin arxasında kişini deşik-deşik etdilər

12 Fevral 2013 11:04
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Nizami rayonu ərazisində qanlı hadisə baş verib. Rayon Prokurorluğundan Oxumeni.az-a verilən məlumata görə, Bəhruz Nuriyev küçəsi 32 ünvanının yaxınlığında, "Azər" kafesinin arxasından 1979-cu il təvəllüdlü Kərimov Sadiq İsbat oğlu çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Yaralı ağır vəziyyətdə olub və dərhal reanimasiyaya yerləşdirilərək əməliyyat edilib. 34 yaşlı S.Kərimovun kim tərəfindən, hanı səbəbdən bıçaqlanması hələlik məlum deyil. Fakta görə, rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

O.M.