Günün kriminal xronikası

Günün kriminal xronikası

3 May 2011 12:28
Bəyəndim (0) Bəyənmədim (0)


Respublikanın daxili işlər orqanları tərəfindən dünən 60 cinayət faktı qeydə alınıb və onların da 25-i "isti izlər"lə açılıb. Həmçinin ötən günlərdən bağlı qalmış 7 cinayətin üstü açılıb.


Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.


Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.


7 yanğın hadisəsi qeydə alınıb.


Dünən Daxili İşlər Orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.


Cinayət törətdiklərinə görə 32 nəfər həbs olunub.


Cinayətlərdən uzaq olmaq üçün cinayətkarlardan uzaq olmağa çalışın...

Hafiz Əhmədov

O.M.