Ehtiyatsızlıq ölümlə nəticələndi

Ehtiyatsızlıq ölümlə nəticələndi

3 May 2011 12:22
Bəyəndim (0) Bəyənmədim (0)


Ehtiyatsızlıq bir nəfərin ölümü ilə nəticələnib. Belə ki, DİN Baş Mühafizə İdarəsinin Gəncə Regional Mühafizə İdarəsində polis baş serjantı Yolçu Nəsibov xidmətə çıxarkən "Makarov" tipli tabel silahını təhvil alan zaman ehtiyatsızlıq nəticəsində açdığı atəşdən xəsarət alıb.


Yaralanan polis əməkdaşı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, Yolçu Nəsibov aldığı yaradan xəstəxanada ölüb.


Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.


Ehtiyat igidin yaraşığıdır...

Elvin Babayev

O.M.