Azərbaycanda 09 fevralın kriminal xronikası

Azərbaycanda 09 fevralın kriminal xronikası

11 Fevral 2013 11:44
Bəyəndim (0) Bəyənmədim (0)
Şənbə günü 46 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 46 cinayət faktı qeydə alınmış, onların da 27-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 31 nəfər tutulmuşdur.

Sabunçu rayonu ərazisində Q.Ələkbərov ov tüfəngindən atəş açaraq Y.Əliyevi qətlə yetirib hadisə yerindən qaçmışdır

09.02.2013

Fevralın 9-da saat 19.00 radələrində Sabunçu rayonu ərazisində, şəhər sakinləri Qurban Ələkbərov münaqişə zəminində ov tüfəngindən atəş açaraq Yusif Əliyevi qətlə yetirib hadisə yerindən qaçmışdır. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Sabunçu RPİ tərəfindən aparılır.

Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi

09.02.2013

Fevralın 9-da saat 06.20 radələrində Sabunçu rayonu ərazisində, Qəbələ rayon sakini Ramiq Rəsulov "Hovo" markalı yük avtomaşını idarə edərkən, onu Bakı şəhər sakini Tofiq Bayramovun yolun kənarında saxladığı "Shacman" markalı yük avtomaşınına vurmuşdur. Nəticədə T.Bayramov aldığı xəsarətdən hadisə yerində ölmüşdür.

Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla piyada vurulmuşdur

09.02.2013

Fevralın 9-da saat 15.55 radələrində Binəqədi rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Gülövsət Hüseynov vurulmuşdur. Nəticədə xəsarət almış piyadaya xəstəxanada yardım göstərildikdən sonra buraxılmışdır.

Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi

09.02.2013

Fevralın 9-da saat 19.10 radələrində Qaradağ rayonu ərazisində Qobustan qəsəbə sakini Ramil Surxayev "Mercedes" markalı yük avtomaşını ilə Lənkəran rayon sakini Babulla Əbdülovun idarə etdiyi "Ford-Transit" markalı mikroavtobus toqquşmuşdur. Nəticədə xəsarət almış B.Əbdülov, sərnişinləri Xatirə Həsənova və Emin Əmirov xəstəxanaya yerləşdirilmişlər. E.Əmirova tibbi yardım göstərildikdən sonra buraxılmış, digərlərinin vəziyyətləri isə orta-ağırdır.

Binəqədi rayonu ərazisində avtomaşınında yanğın baş verməsi nəticəsində sürücü Y.Ələkbərov yanıq xəsarəti almışdır

09.02.2013

Fevralın 9-da saat 00.30 radələrində Binəqədi rayonu ərazisində, Gəncə şəhər sakini Yalçın Ələkbərova məxsus "KamAZ" markalı avtomaşının kabina hissəsi qısa qapanmadan yanmışdır. Nəticədə, hər iki əlindən yanıq xəsarəti almış Y.Ələkbərova xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Fevralın 6-da Q.Kazımova bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini K.Vəlixanov tutulmuşdur

09.02.2013

Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da Qoşqar Kazımova bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Kamil Vəlixanov tutulmuşdur.

Yanvarın 10-da E.İsmayılova məxsus mobil telefonu oğurlamış Sahil qəsəbə sakini R.Səfərov tutulmuşdur

09.02.2013

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da Elvin İsmayılova məxsus mobil telefonu oğurlamış Sahil qəsəbə sakini Rəşad Səfərov tutulmuşdur.

Fevralın 8-də E.Əliyevə məxsus mağazadan oğurluq etmiş Bakı şəhər sakini R.Əliyev tutulmuşdur

09.02.2013

Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də Etibar Əliyevə məxsus mağazadan oğurluq etmiş Bakı şəhər sakini Rasim Əliyev tutulmuşdur.

Fevralın 8-də Ə.Məmmədova məxsus mağazadan oğurluq etmiş 4 nəfər Gəncə şəhər sakinləri tutulmuşlar

09.02.2013

Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də Əsgər Məmmədova məxsus mağazadan oğurluq etmiş Gəncə şəhər sakinləri Fuad Məmmədov, Rövşən Məmmədov, Elmar Orucov və Aslan Abbasov tutulmuşlar.

Yanvarın 30-da Bərdə rayon sakini T.Məmmədovun evindən oğurluq etmiş S.Məmmədov tutulmuşdur

09.02.2013

Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da Taleh Məmmədovun evindən 3000 manat pul və qızıl əşyaları oğurlamış Süleyman Məmmədov tutulmuşdur.

Xızı rayonu ərazisində iki nəfərə qarşı quldurluq etmiş Y.Tahirov tutulmuşdur

09.02.2013

Fevralın 8-də Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində, naməlum şəxs rayon sakini Elman Şəfiyev və Sumqayıt şəhər sakini Namiq Əliyevi bıçaqla hədələyərək, onlardan 62 manat pul, 1 ədəd bıçaq və 2 ədəd mobil telefon almışlar. Xızı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş qəsəbə sakini Yəhya Tahirov tutulmuşdur.

Yasamal rayonu ərazisində Ə.İsmayılova balta ilə xəsarət yetirmiş T.Bağırov tutulmuşdur

09.02.2013

Fevralın 9-da Yasamal rayonu ərazisində, Lənkəran rayon sakini Taleh Bağırov münaqişə zəminində, Gürcüstan vətəndaşı Əlləz İsmayılova başından balta ilə çoxsaylı xəsarət yetirmişdir. T.Bağırov Yasamal rayonu ərazisində tutulmuşdur.

"102" Zəng Mərkəzinə zəng edərək yalan məlumat verənin şəxsiyyəti müəyyən edilmişdir

09.02.2013

Fevralın 9-da saat 16:56-da, naməlum şəxs telefonla "102" Zəng Mərkəzinə zəng edərək, "Xırdalan şəhərindəki 2 saylı Orta Məktəbə bomba qoymuşam" deyərək dəstəyi asmışdır. Növbətçi Hissələri İdarəetmə Xidməti və Abşeron RPŞ əməkdaşları tərəfindən müvafiq tədbirlər görülmüş, məlumat təsdiqini tapmamışdır. Araşdırma zamanı zəng edən şəxsin Masallı rayon sakini Yusif Mikayılov olması müəyyən edilmişdir.

Abşeron rayonunun iki sakini dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər

09.02.2013

Fevralın 9-da Abşeron rayon sakinləri Təranə Kərimova və Tofiq İsmayılov evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

O.M.