İtkin düşmüş şəxsin meyiti kolluqda tapılıb

İtkin düşmüş şəxsin meyiti kolluqda tapılıb

11 Fevral 2013 12:23
Bəyəndim (0) Bəyənmədim (0)

Neftçala rayonunun Mirzə Ələkbər Sabir küçəsində yerləşən, qəbiristanlığının yaxınlığında böyürtkən kolluğu içərisində naməlum kişi meyiti tapılıb. Hadisə yerinə Hüquq Mühafizə Orqanları və Tibbi Ekspertizanın əməkdaşları gəlib. Naməlum kişi meyitinin şəxsiyyəti müəyyənləşdirilərkən məlum olub ki, bu ötən ilin dekabrın 28 itkin düşmüş Neftçala şəhər sakini 40 yaşlı Mais Mənəfovdur. Qonşuların sözlərinə görə, bir qız atası olan Mais Mənəfov Ələt qəsəbəsindəki depoda işləyirmiş.Qonşular arasında böyük hörməti olub. Tibbi ekspertiza zamanı meyidin üzərində hər hansı bir zorakılıq əlaməti müəyyən edilməyib. Bununla belə, Mais Mənəfovun öldürülməsi də istisna edilmir. Mərhumun meyiti axşam saatlarında torpağa tapşırılıb. Faktla bağlı Neftçala Rayon Prakrorluğunda araşdırma aparılır.

O.M.