Masallıda kürəkən qaynatasını güllələdi

Masallıda kürəkən qaynatasını güllələdi

11 Fevral 2013 10:13
Bəyəndim (0) Bəyənmədim (0)

Masallı rayonunda kürəkən qaynatasını güllələyib. Rayon Prokurorluğundan verilən məlumata görə, Masallının Təklə kəndində Etibar Aydın oğlu Rzayev yaranmış ailə problemini həll etmək üçün qonşuluqda yaşayan qaynatası Novruz Rüstəm oğlu İbayevin evinə gedib. Söhbət zamanı aralarındakı anlaşılmazlıq davaya çevrilib. Bu dəfə kürəkən qaynatasına odlu silahdan atəş açaraq güllələyib. Qaynata ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb.

O.M.