Məktəb direktorunun masasına qayçı-bıçaq qoyuldu!

Məktəb direktorunun masasına qayçı-bıçaq qoyuldu!

11 Fevral 2013 10:09
Bəyəndim (0) Bəyənmədim (0)

Hadisə şahidlərinin verdiyi məlumata görə, iki gün əvvəl naməlum şəxslər 251 saylı məktəbə soxulublar. Məktəbə bu il direktor təyin olunmuş Nurqələm Bayramovanın iş otağının pəncərəsini sındırıb, içəri daxil olub, otaqdakı müxtəlif avadanlıqları, o cümlədən direktora məxsus əşyaları, kompüterləri, yeni quraşdırılmış, bütün məktəbi, hətta oğlanların tualetini də nəzarətdə saxlayan kameraların direktorun otağında quraşdırılmış modemini sındırıblar. Hətta direktorun stolunun üstünə bir qaycı və bir bıcaq qoyaraq çıxıb gediblər.
Direktor N.Bayramova açıqlamasında faktı təsdiqləyərək bildirib ki, naməlum şəxslər bir neçə gün əvvəl məktəbdə şüşəni sındıraraq onun otağına giriblər. Direktorun sözlərinə görə, məktəbə soxulanlar yeni quraşdırılmış kameranı hədəf seçiblər. Kameranın blok sistemlərini oğurlayıblar, eyni zamanda iş stolunun üstünə qayçı qoyaraq gediblər.
N.Bayramova iddia edir ki, baş vermiş hadisə məktəbə quraşdırılan kamera sistemində maraqlı şəxslərdir: "Məktəbə kamera bir neçə gün əvvəl quraşdırılıb. Bu hadisədən iki gün əvvəl isə kameranın xətlərini kəsmişdilər. Görünür, əsas hədəf də məhz kameradır. Bu daxildən də ola bilər, xaricdən də. Müəllim və ya şagirdin də etməsi istisna deyil".
Direktor əlavə etdi ki, məsələ ilə bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə müraciət edib. Hazırda araşdırma aparılır.

O.M.