Moskvada azərbaycanlı sürücü üç polis əməkdaşını vurdu

Moskvada azərbaycanlı sürücü üç polis əməkdaşını vurdu

11 Fevral 2013 09:42
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün səhər saatlarında Moskvada yol-nəqliyyat hadisəsi baş verib. Oxumeni.az-ın Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, BMW markalı avtomobil yol-patrul xidmətinin üç əməkdaşını və onların sənədlərini yoxladığı sürücünü vurub. İlkin ehtimallara görə, sürücü avtomobilin idarəetməsini itirib və vəzifə borcunu yerinə yetirən polis əməkdaşlarını vurub. Qəza nəticəsində xəsarət alan iki yol polisi əməkdaşı xəstəxanaya yerləşdirilib. Onların müalicəsi Sklifosovski adına təcili tibbi yardım institutundan davam etdirilir. Hadisənin törədildiyi BMW avtomobili Belarus dövlət nömrə nişanı ilə olsa da, onu Azərbaycan vətəndaşı idarə edirmiş. O, saxlanılıb və faktla bağlı araşdırma aparılır. 42 yaşlı Elman Abdullayevin ən azı Rusiyadan deportasiya ediləcəyi gözlənilir. Moskva polisindən LifeNews-a verilən məlumata görə, o, Rusiya ərazisində qanunsuz yaşayıb. Bu gün Elman Abdullayevin sənədləri Federal Miqrasiya Xidmətinə veriləcək.

O.M.