Qax rayon sakinindən narkotik vasitə götürülüb

Qax rayon sakinindən narkotik vasitə götürülüb

11 Fevral 2013 09:11
Bəyəndim (0) Bəyənmədim (0)

Qax rayon sakinindən narkotik vasitə götürülüb. Bu barədə Qax rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, Qax rayon PŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövrüyyəsilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil edilməsi istiqamətin tədbir keçirib. Keçirilmiş tədbir nəticəsində 1962-ci il təvəllüdlü Qax şəhər sakini Balacayev İlqar Şakir oğlu şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı 412 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Fakla bağlı Qax RPŞ-də araşdırma aparılır.

O.M.