Azərbaycanda 08 fevralın kriminal xronikası

Azərbaycanda 08 fevralın kriminal xronikası

9 Fevral 2013 13:05
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 54 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 54 cinayət faktı qeydə alınmış, onların da 35-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 9 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 35 nəfər tutulmuşdur.

Quba rayonun Qəçrəş kəndi ərazisində yol-nəqliyyat hadisəsi

08.02.2013

Fevralın 8-də saat 21.00 radələrində Quba rayonun Qəçrəş kəndi ərazisində, kənd sakini Emin Balakişiyev "VAZ-2105" markalı avtomaşını idarə edərkən, onu aşırmışdır. Nəticədə xəsarət almış sürücü və sərnişinləri xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Azərbaycan Bədii Tərcümə Mərkəzinin zirzəmisində yanğın baş vermişdir

08.02.2013

Fevralın 8-də saat 16.00 radələrində Nərimanov rayonu ərazisində, Azərbaycan Bədii Tərcümə Mərkəzinin zirzəmisində yanğın baş vermişdir. Nəticədə köhnə arxiv sənədləri yanmışdır.

627 metr uzunluğunda metal boruları oğurlamış Yevlax rayon sakini Nicat İsmayılov tutulmuşdur

08.02.2013

Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Xəzər RPİ 1-ci PB əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da Qala qəsəbəsi ərazisinə yeni çəkilmək üçün gətirilmiş 627 metr uzunluğunda metal boruları oğurlamış Yevlax rayon sakini Nicat İsmayılov tutulmuşdur.

Astara rayon sakini Elvin Novruzov 8 kq həşişi satarkən tutulmuşdur

08.02.2013

Bakı BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara rayon sakini Elvin Novruzov 8 kiloqram həşişi satarkən tutulmuşdur.

Yol-nəqliyyat hadisəsi zamanı ölmüş şəxsin Zaqatala rayon Muxax kənd sakini Elxan Nurayev olması müəyyən edilmişdir

08.02.2013

Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də yol-nəqliyyat hadisəsi zamanı ölənin şəxsiyyəti müəyyən edilmişdir. Onun, Muxax kənd sakini Elxan Nurayev olması müəyyən edilmişdir.

Bakı şəhər sakini Xuraman İbrahimova banka saxta sənəd təqdim edərək pul götürməsi müəyyən edilmişdir

08.02.2013

2011-ci ilin mart ayında Bakı şəhər sakini Xuraman İbrahimova "Bank of Baku" ASC-nin Sumqayıt şəhər filialına saxta sənəd təqdim edərək, oradan 2000 dollar pul götürməsi müəyyən edilmişdir. Sumqayıt ŞPİ tərəfindən araşdırmalar aparılır.

Gəncə şəhərində yaşayan Qalibə Əsədova dəm qazından zəhərlənərək ölmüşdür

08.02.2013

Fevralın 8-də Gəncə şəhərində yaşayan Qalibə Əsədova dəm qazından zəhərlənərək ölmüşdür.

Mehdiabad qəsəbə sakini 3 yaşlı Elmir Qoçəliyevin ehtiyatsızlığı nəticəsində üstünə qaynar su tökülmüşdür

08.02.2013

Fevralın 8-də Abşeron rayonunun Mehdiabad qəsəbə sakini 3 yaşlı Elmir Qoçəliyevin ehtiyatsızlığı nəticəsində üstünə qaynar su tökülmüşdür. Uşaq xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Abşeron rayonunun Hökməli qəsəbə sakini Nəcəf Mirbabayev yanıq xəsarəti almışdır

08.02.2013

Fevralın 8-də Abşeron rayonunun Hökməli qəsəbə sakini Nəcəf Mirbabayev avtomobilindən benzin çəkərkən ağzında olan siqaretdən yanğın baş vermişdir. Yanıq xəsarəti almış N.Mirbabayev xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.

O.M.