Bakı Dövlət Sosial İqtisadi Kollecinin rəhbəri əlində rüşvət üçün verilən pullarla tutulub

Bakı Dövlət Sosial İqtisadi Kollecinin rəhbəri əlində rüşvət üçün verilən pullarla tutulub

9 Fevral 2013 09:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Dövlət Sosial İqtisadi Kollecində keçirilən antikorrupsiya əməliyyatı zamanı saxlanılanlar barədə həbs qətimkan tədbiri seçilib. Məlumata görə, kollecin direktoru Mübariz Mahmudov, onun bacısı oğlu, kollecin qiyabi təhsil şöbəsinin müdiri İlqar Əzizov, həmin şöbənin metodisti Şahin Mirzəhmədov, bir də direktorun sürücüsünə qarşı ittiham irəli sürülüb və barələrində 3 aylıq həbs qətimkan tədbiri seçilib. O da məlum olub ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları saxlanan şəxslərə qarşı xüsusi əməliyyat keçiriblər, onların əllərində rüşvət üçün verilən pullar tutulub. Üstəlik, proses texnikanın imkanlarından yararlanmaqa, mötəbər sübutlar yaradılaraq, aparılıb. Məlumata o da bildirilir ki, fevralın 8-də Təhsil Nazirliyində bu hadisə ilə bağlı xüsusi toplantı keçirir.

O.M.