Ded Xasanın adamları ölkəmizdə silahlı təxribatlar hazırlayır

Ded Xasanın adamları ölkəmizdə silahlı təxribatlar hazırlayır

8 Fevral 2013 03:52
Bəyəndim (0) Bəyənmədim (0)
Erməni lobbisi, PKK təşkilatı, Rusiyanın imperialist dairələri prezident seçkiləri ərəfəsində Azərbaycanı qarışdırmağa hazırlaşır

Bir müddət əvvəl qətlə yetirilmiş kriminal avtoritet Aslan Usoyanın (Ded Xasan) tərəfdarları Azərbaycanda kütləvi təxribatlar törətməyə hazırlaşırlar. Salamnews-un adının açıqlanmasını istəməyən kriminal mənbəyə istinadən yaydığı məlumata görə, təxribatlar ölkədə prezident seçkiləri ərəfəsində nəzərdə tutulur və bu məsələdə Vaqif, Yunus, Qoca kimi avtoritetlərin adları hallanır. Belə ki, hazırda Azərbaycanda həbsxanada saxlanılan Qulu ləqəbli Nadir Səlifovun "qanuni oğru" adının geri qaytarılmasını məhz Ded Xasan təmin edib. Məlumtda o da bildirilir ki, hazırda Lotu Qulu və onun adamları Qaraçuxur qəsəbəsində, "Koroğlu", "Nərimanov" və "İçərişəhər" metrostansiyalarının yaxınlıında 100-dən artıq adamı TT tapançaları ilə silahlandırıb. Onlar 10 minə qədər insanı silahlandıracaqlarını bəyan ediblər. Mənbənin fikrincə, artıq bu qarşıdurma kriminal deyil, siyasi xarakter daşıyır və Azərbaycanın düşmənlərinin maraqlarına xidmət edir. Təsadüfi deyil ki, son dövrlər Azərbaycan iqtidarına qarşı ölkə daxilində və xaricində çoxsaylı təxribatlar hazırlanıb. Məhz bu hadisələr də ümumi planın tərkib hissəsidir. Aslan Usoyanın (Ded Xasan) kürd mənşəli, Ermənistan doğumlu, Rusiya vətəndaşı olması təxribatın arxasında hansı qüvvələrin dayandığını görməyə əsas verir. Başqa sözlə desək, Erməni lobbisi, PKK təşkilatı Azərbaycana qarşı sərt mövqelərində məhz Rusiyanın imperiya maraqlarına xidmət edirlər.

O.M.