Paytaxtda 29 yaşlı qadın özünü asıb

Paytaxtda 29 yaşlı qadın özünü asıb

3 May 2011 11:31
Bəyəndim (0) Bəyənmədim (0)


İntihar hadisəsi Bakının Binəqədi rayonunda baş verib. Rayon Prokurorluğundan verilən xəbərə görə, Cəfər Cabbarlı küçəsində yaşayan 1982-ci il təvəllüdlü Zərinə Bayramova özünü vanna otağından asaraq intihar edib. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Rayon Prokurorluğunda əməliyyat-istintaq qrupu yaradılıb, hadisə yerinə baxış keçirilib, meyit ekspertizaya göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.


İnsan durduğu yerdə özünü asmaz. Gərək ayağa qalxa, ip tapa, ayaqlarının altına nə isə qoya və sair. Deməli, bunu etməyə tutarlı səbəb olmalıdır...

Tofiq Əliyev

O.M.