Azərbaycanda 06 fevralın kriminal xronikası

Azərbaycanda 06 fevralın kriminal xronikası

7 Fevral 2013 13:13
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 66 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 66 cinayət faktı qeydə alınmış, onların da 35-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə nəfər 7 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 38 nəfər tutulmuşdur.

Daha bir kriminal dəstə zərərsizləşdirildi

06.02.2013

DİN-in əməkdaşları tərəfindən daha bir kriminal dəstənin zərərsizləşdirilməsi istiqamətində Tərtər rayonunda uğurlu əməliyyat tədbiri keçirilib.
Nəticədə sözügedən dəstə üzvlərindən Yevlax rayonunda yaşayan Mahmud Rüstəmov, Bakı şəhər sakinləri Araz Fərəcov, Məhəmməd Quliyev və Turlan Məmmədov saxlanılıb.
Araşdırmalar zamanı həmin şəxslərin paytaxt ərazisində yerləşən müxtəlif barlarda vətəndaşlara qarşı zor tətbiq edərək xuliqanlıq əməlləri, qəsdən sağlamlığa ağır zərər vurma və digər ağır cinayətlər törətdiklərinə görə axtarışda olmaları müəyyənləşdirilib.
Dəstənin digər üzvlərinin də tapılıb-tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Avtomaşın qaçırmış şəhər sakini Nazim Əsgərov saxlanılmışdır

06.02.2013

Fevralın 6-na keçən gecə Nərimanov rayonu ərazisində yaşayan Nicat Ələkbərova məxsus "VAZ-2107" markalı avtomaşın qaçırılmışdır. Görülmüş tədbirlər nəticəsində, avtomaşını qaçırmış şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Əsgərov Əmircan qəsəbəsi ərazisində Suraxanı DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır.

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi

06.02.2013

Fevralın 6-da saat 18.00 radələrində Yasamal rayonu ərazisində, müəyyən edilməmiş avtolmaşınla şəhər sakini Müslüm İsayev vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

İtkin düşmüş Qızəttə Daniyalovanın meyiti Samur-Abşeron su kanalından tapılmışdır

06.02.2013

Fevralın 6-da Samur-Abşeron su kanalının Xızı rayonunun Giləzi qəsəbəsi ərazisindən keçən hissəsində üzərində zorakılıq əlamətləri görünməyən 65-70 yaşlı qadın meyiti tapılmışdır. Araşdırmalar zamanı onun yanvarın 19-da itkin düşmüş Qızəttə Daniyalova olması müəyyən edilmişdir.

Biləsuvar rayon sakini Səbuhi Hüseynov və Bakı şəhər sakini Çingiz Nadirov saxta əsginaslar satarkən tutulmuşlar

06.02.2013

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayon sakini Səbuhi Hüseynov və Bakı şəhər sakini Çingiz Nadirov 9 ədəd 20, 9 ədəd 50 və 33 ədəd 100 manatlıq saxta əsginasları 1900 dollara satarkən tutulmuşlar.

Quldurluq etməkdə şübhəli bilinən Salyan rayon sakini Musa Soltanov tutulmuşdur

06.02.2013

Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də Hamlet Cahangirovu və Famil Sultanovu bıçaqla hədələyib, müvafiq olaraq onlardan 545 və 710 manat pul və mobil telefonlarını almış Salyan rayon sakini Musa Soltanov tutulmuşdur.

Bakı şəhər sakinləri Ramin Rəhimov, Fərid Əliyev və Aysel Mustafayeva tutulmuşlar

06.02.2013

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də Əbülfəz Əliquliyevə bıçaqla xəsarət yetirib "Mercedes" markalı avtomaşınını ondan almış Bakı şəhər sakinləri Ramin Rəhimov, Fərid Əliyev və Aysel Mustafayeva tutulmuşlar.

Abşeron rayon sakini Mehman Zülfüqarova bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Əbülfət Abbasov tutulmuşdur

06.02.2013

Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də Abşeron rayon sakini Mehman Zülfüqarova xuliqanlıq zəminində bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Əbülfət Abbasov tutulmuşdur.

Sücaəddin Səmədova bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Vüsal Abdullayev tutulmuşdur

06.02.2013

Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də Sücaəddin Səmədova bıçaqla xəsarət yetirmiş şəhər sakini Vüsal Abdullayev tutulmuşdur.

Yol-nəqliyyat hadisəsi törətmiş Bakı şəhər sakini Dunay Novruzov tutulmuşdur

06.02.2013

Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2012-ci il dekabrın 24-də Gülnarə Mirzəyevanın "VAZ-2106" markalı avtomaşının sürücüsü şəhər sakini Dunay Novruzov tərəfindən vurulması müəyyən edilmiş və o, tutulmuşdur.

Oğurluq etdiyinə görə tutulmuş Bakı şəhər sakini Azər Kərimovdan 0,394 qram heroin götürülmüşdür

06.02.2013

Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 37 saylı xətt avtobusunda, Bakı şəhər sakini Hacıbala Hacıyevin cibindən 40 manatını oğurlamış şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Kərimov tutulmuş və ondan 0,394 qram heroin götürülmüşdür.

Gəncə şəhər sakini Röyal Süleymanov tutulmuşdur

06.02.2013

Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də Sabit Azadovu bıçaqla hədələyərək 20 manat pulunu və mobil telefonunu ondan almış Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Röyal Süleymanov tutulmuşdur.

İmişli rayon sakini Rafiq Qasımovdan 500 qram tiryək götürülmüşdür

06.02.2013

İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Rafiq Qasımovdan 500 qram tiryək götürülmüşdür.

E.Səlimovun evinə baxış zamanı 970 qram tiryək aşkar edilərək götürülmüşdür

06.02.2013

Oğurluq etdiyinə görə fevralın 5-də Tərtər RPŞ əməkdaşları tərəfindən tutulmuş E.Səlimovun evinə baxış zamanı 970 qram tiryək aşkar edilərək götürülmüşdür.

Türkiyə vətəndaşı Ulucay Zəkiyə qarşı quldurluq etmiş Mahur İsgəndərov tutulmuşdur

06.02.2013

Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də Türkiyə vətəndaşı Ulucay Zəkiyə qarşı quldurluq etmiş Mahur İsgəndərov tutulmuşdur.

Bakı şəhər sakini Zaur Şirinov ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq ölmüşdür

06.02.2013

Fevralın 6-da Novxanı qəsəbəsinin dəniz kənarındakı tikilidə fəhlə işləyən Bakı şəhər sakini Zaur Şirinov ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq ölmüşdür.

Dəm qazı və kimyəvi maddədən zəhərlənmiş şəxslər xəstəxanalara gətirilmişlər

06.02.2013

Fevralın 6-da Sumqayıt şəhər sakini Güldanə Yaqubova və Kəpəz rayon sakini Həbibə Hüseynova evlərindən dəm qazı və kimyəvi maddədən zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

06.02.2013

Fevralın 6-da saat 03.20 radələrində Gəncə şəhəri ərazisində, Goranboy rayon sakini Ramin Məmmədov "NİVA" markalı avtomaşını idarə edərkən, onu qarşıda gedən şəhər sakini Emin Əliyevin idarə etdiyi "İkarus" markalı avtobusa vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Məmmədov orada ölmüşdür.

Şəmkir rayonunun Düyərli kəndi ərazisində yol-nəqliyyat hadisəsi

06.02.2013

Fevralın 6-da saat 00.10 radələrində Şəmkir rayonunun Düyərli kəndi ərazisində, rayon sakini Nicat Sarıyev "VAZ-2107" markalı avtomaşını idarə edərkən, yolu keçən 10 yaşlı Malik Qurbanovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş azyaşlı orada ölmüşdür.

O.M.