Xalası qızına göz dikən oğlan dayılarını da bıçaqladı

Xalası qızına göz dikən oğlan dayılarını da bıçaqladı

7 Fevral 2013 11:52
Bəyəndim (0) Bəyənmədim (0)

Bərdə rayon sakini 1993-cü il təvəllüdlü Samir Quliyev şəxsi münaqişə zəmnində dayıları Mürşid və Adıgözəli bıçaqlayaraq onlara ağır dərəcəli bədən xəsarətləri yetirib. Hadisəyə səbəb Samirin öz xalası qızına göz dikməsi olub. Baxmayaraq ki,qız başqası ilə nişanlı olub,hətta nişanlası ilə aralarında "Molla kəbini" belə kəsilib. Amma o qızdan əl çəkməyib və onunla evlənməyi təklif edib.Qız isə ona rədd cavabı verərək nişanlısı ilə evlənməkdə israrlı olduğunu bildirib. Məqsədindən dönməyən Samir qızı müxtəlif üsullarla hədələyib. Məsələyə valideynlər qarışmalı olub və qızın anası, bacısı onu yoldan çəkindirmək istəyib. Bu da bir fayda verməyəndə qız özü, baş verənləri dayılarına bildirib. Mürşid və Adıgözəl bacısı oğlunun əməlləri ilə bağlı ölçü götürmək istəyib. Beləliklə, onlar görüşüblər, Samir isə dayıları ilə görüşə hazırlıqlı gedib. Hadisəni törədən Samir Quliyev Bərdə rayonuna qaçıb. Lakin keçirilən əməliyyat tədbirləri nəticəsində o, istintaqa təqdim olunub. Yaralılar isə xəstəxanaya çatdırılıb, hazırda müayinələri davam etdirilir. Samir Quliyev barəsində cinayət məcəlləsinin 126.2.1 , 2 və ya daha artıq şəxsə qarşı ağır bədən xəsarətləri vurma maddəsilə cinayət başlanıb.

O.M.