Nəsimi rayon sakinini kəsdilər, deşdilər

Nəsimi rayon sakinini kəsdilər, deşdilər

7 Fevral 2013 10:24
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon sakini Qasımov Yasin Qasım oğlu yaşadığı mənzildə bıçaq xəsarəti alaraq 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Bədəninin müxtəlif nahiyyələrinın kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya çatdırılan yaralının həyatı cərrahi müdaxilədən sonra xilas edilib.
Faktla bağlı Nəsimi rayon polis idarəsinin 19-cu polis bölməsində araşdırmalara başlanılıb. Artıq zərərçəkən Yasin Qasımovun ilkin izahatı da alınıb. O polislərə özü-özənə bıçaq xəsarəti yetirdiyi bildirib. Yasin Qasımovun ifadəsində nə dərəcədə səmimi olub-olmadığı başlanan araşdırmalardan sonra məlum olacaq.

O.M.