Meksikada 9 yaşı qızı zorlayan 17 yaşlı yeniyetmə ata olub

Meksikada 9 yaşı qızı zorlayan 17 yaşlı yeniyetmə ata olub

7 Fevral 2013 10:07
Bəyəndim (0) Bəyənmədim (0)

Meksikada 9 yaşlı qız sağlam körpə dünyaya gətirib."RİA-Novosti"-nin məlumatına görə, bu haqda Xalisko ştatı Sapopan şəhərinin xəstəxanasından bildiriblər. Yeni doğulan körpənin çəkisi 2, 7 kq, boyu isə 50 sm olub. Ana və qızı özünü çox yaxşı hiss edir. Doğuş yanvarın sonunda baş verib Hadisənin araşdırılmasına artıq hüquq-mühafizə orqanları qarışıb. Xalisko prokurorluğunun qənaətincə, söhbət həddi-büluğa çatmayanların cinsi zorakılığa məruz qalmasından gedir. İlkin məlumata əsasən, polis yeni doğulan körpənin atasının 17 yaşlı yeniyetmənin olacağını ehtimal edir.

O.M.