Fəzail Ağamalının qohumu "Rövşən Lənkəranski" sağdır

Fəzail Ağamalının qohumu "Rövşən Lənkəranski" sağdır

6 Fevral 2013 13:18
Bəyəndim (0) Bəyənmədim (0)
Bunu avtoritetin qohumları təsdiqləyib

Kütləvi informasiya vasitələrində tanınmış azərbaycanlı avtoritet "Rövşən Lənkəranski"nin öldürülməsi barədə məlumatlar yayılıb. , "Rövşən Lənkəranski" kimi tanınan Rövşən Canıyev Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının qohumudur. Bu səbəbdən avtoritetin ölüm xəbərini dəqiqləşdirmək üçün Fəazil Ağamalı ilə əlaqə saxladıq. O, "Rövşən Lənkəraski" ilə qohumluğunu təsdiqlədi. Partiya sədrinin sözlərinə görə, xəbərlər yayıldıqdan sonra Rövşən Canıyevin qardaşı (Fəzail Ağamalının qardaşı qızı onun həyat yoldaşıdır) ilə əlaqə saxlayıb: "Dəqiqləşdirdim ki, "Rövşən Lənkəranski" sağ-salamatdır. Düzdür, onun həyatı üçün təhlükə var. Amma sui-qəsd barədə məlumatlar yanlışdır".

(musavat.com)

O.M.