Bakıda baş verən silahlı insidentlə bağlı cinayət işi başlanıb

Bakıda baş verən silahlı insidentlə bağlı cinayət işi başlanıb

6 Fevral 2013 11:13
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Bakıda baş verən silahlı insidentlə bağlı cinayət işi başlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumat verib. O, qeyd edib ki, mətbuatda bu barədə yayılan informasiyalar şişirdilib: "Bu, sırf xuliqanlıq hadisəsidir. Belə ki, fevralın 5-də saat 22.30 radələrində Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən "Elbaro" restoranında Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Həsənov Samir Budaq oğlu xuliqanlıq zəminində ov tüfəngindən atəş açaraq 1968-ci il təvəllüdlü Məmmədov Aydın Akif oğlunu və onun oğlu, 1993-cü il təvəllüdlü Emini yaralayıb. Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Samir Həsənov tutulub. Faktla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq hərəkətləri davam etdirilir".

O.M.