Ağcabədi rayonunda 22 yaşlı oğlan ev sahibini amansızca öldürdü

Ağcabədi rayonunda 22 yaşlı oğlan ev sahibini amansızca öldürdü

6 Fevral 2013 10:29
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Ağcabədi rayonunda tanışlar arasında mübahisə qətl ilə nəticələnib. Rayon Prokurorluğundan verilən məlumata görə, 1991-ci il təvəllüdlü Nurəddin Elçin oğlu Süleymanov 1984-cü il təvəllüdlü Xalid Nüdrət oğlu Həsənovu amansızcasına öldürüb. Belə ki, Nurəddin Süleymanov tanışı Xalid Nüdrət oğlu Həsənov yaşayan evə qonaq gedib. Lakin sonradan onlar arasında mübahisə yaranıb. Yaranmış mübahisə sonradan dava ilə nəticələnib. Qonaq özü ilə gətirdiyi bıçaqla ev sahibinə çoxsaylı bıçaq zərbələri endirib. Xalid Həsənov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb, istintaq gedir.

O.M.