Azərbaycanda 04 fevralın kriminal xronikası

Azərbaycanda 04 fevralın kriminal xronikası

5 Fevral 2013 12:57
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 58 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 58 cinayət faktı qeydə alınmış, onların da 40-ı "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 9 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 28 nəfər tutulmuşdur.

Ağdam rayon sakini Elmixan Kazımova bıçaqla xəsarət yetirmiş Kürdəmir rayon sakini Vüsal Nərimanov tutulmuşdur

04.02.2013

Fevralın 4-də Nəsimi rayonu ərazisində, Kürdəmir rayon sakini Vüsal Nərimanov münaqişə zəminində Ağdam rayon sakini Elmixan Kazımova bıçaqla xəsarət yetirmişdir. V.Nərimanov Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur.

Kəlbəcər rayon sakini Sabit Azadova qarşı quldurluq etmiş şəxsin kimliyi müəyyən edilmişdir

04.02.2013

Fevralın 2-də saat 01.00 radələrində Gəncə şəhərində, naməlum şəxs Kəlbəcər rayon sakini Sabit Azadovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşında sərnişin qismində gedərkən, sürücünü bıçaqla hədələyərək 20 manat pul və mobil telefonunu alıb, avtomaşından düşərək getmişdir. Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin şəhər sakini, əvvəllər məhkum olunmuş Röyal Süleymanov tərəfindən törədilməsi müəyyən edilmişdir.

Ucar rayonunun Küçəkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi

04.02.2013

Fevralın 4-də saat 19.00 radələrində Ucar rayonunun Küçəkənd kəndi ərazisində, Xocavənd rayon sakini Aslan Hüseynovun idarə etdiyi "VAZ-21074" və Ağdam rayon sakini Nəbi Səmədovun idarə etdiyi "QAZ-33021" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə A.Hüseynovun xəsarət almış sərnişini - 4 yaşlı oğlu Elcan xəstəxanaya aparılarkən yolda ölmüş, xəsarət almış özü və N.Səmədov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Sumqayıt şəhər sakini Rövşən Beybudovun kazino-qumarxana təşkil etməsi müəyyən edilmişdir

04.02.2013

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisindəki "Klub-555"-də, oranın icarədarı şəhər sakini Rövşən Beybudovun kazino-qumarxana təşkil etməsi müəyyən edilmişdir. Klubdan 13 ədəd kompüter dəsti, uduşa qoyulmuş pul və digər əşyalar götürülmüşdür.

8 baş qoyun oğurlamış şəxslər tutulmuşlar

04.02.2013

Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 31-də Həsən Əmrəliyevə məxsus 8 baş qoyunu oğurlamış Siyəzən rayon sakini Vüqar Məmmədov, Bakı şəhər sakinləri Nağı Allahverdiyev, Ömər Qaraxanov və Orxan Əliyev tutulmuşlar.

Tikinti materialları oğurlamış Biləsuvar rayon sakini Təzəxan İmanov tutulmuşdur

04.02.2013

Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-də Təranə Şərifovanın evindən tikinti materialları oğurlamış Biləsuvar rayon sakini Təzəxan İmanov tutulmuşdur.

Zaqatala rayon sakini Elnur Qırıxova məxsus avtomaşının Tural Muradov tərəfindən qaçırılması müəyyən edilmişdir

04.02.2013

Fevralın 4-də Zaqatala rayon sakini Elnur Qırıxova məxsus "VAZ-2109" markalı avtomaşın qaçırılmışdır. Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşın həmin gün şəhər ərazisində tapılmışdır. Avtomaşının şəhər sakini Tural Muradov tərəfindən qaçırılması müəyyən edilmişdir.

1 baş inək oğurlamış Ağcabədi rayon sakinləri Adil Əmirov və Elşən Ədilov tutulmuşlar

04.02.2013

Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də Gülzar Şirinovaya məxsus 1 baş inəyi oğurlamış rayon sakinləri Adil Əmirov və Elşən Ədilov tutulmuşlar.

Avtomaşın qaçırmış Gəncə şəhər sakini Şəhriyar Məmmədov qəza törətmişdir

04.02.2013

Fevralın 4-də Gəncə şəhərində, şəhər sakini Vasif Nəsirova məxsus "VAZ-21154" markalı avtomaşın qaçırılmışdır. Nizami (Gəncə) RPİ əməkdaşları tərəfindən avtomaşının şəhər sakini Şəhriyar Məmmədov tərəfindən qaçırılması və Goranboy rayonu ərazisində idarə edilərkən yol ayrıcına vurması müəyyən edilmişdir. Xəsarət almış Ş.Məmmədov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Xətai rayonu ərazisində inşa edilən binaların birində fəhlə işləyən N.Babayev 8-ci mərtəbədən yıxılaraq ölmüşdür

04.02.2013

Fevralın 4-də Xətai rayonu ərazisində, inşa edilən binaların birində fəhlə işləyən Cəlilabad rayon sakini Nizami Babayev ehtiyatsızlığı nəticəsində 8-ci mərtəbədən yıxılaraq ölmüşdür.

Xəzər rayonunda yaşayan R.Əliyev su quyusuna düşərək ölmüşdür

04.02.2013

Fevralın 4-də Xəzər rayonunun Binə qəsəbəsində yaşayan 3 yaşlı Rza Əliyev həyətlərindəki su quyusuna düşərək ölmüşdür.

İntihar məqsədilə özünü dənizə atmış E.Abbasov xilas edilmişdir

04.02.2013

Fevralın 4-də Səbail rayonu ərazisində, Dənizkənarı Milli Parkda, şəhər sakini Eyyub Abbasov intihar məqsədilə özünü dənizə atmışdır. E.Abbasov parkın mühafizəçiləri tərəfindən xilas edilmişdir.

5 nəfər dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər

04.02.2013

Fevralın 3-də Gəncə şəhər sakini Validə Tağılı, fevralın 4-də Sumqayıt şəhər sakinləri Zəminə İsgəndərova, Nurəddin Şahmarov, Elnarə Allahverdiyeva və Abşeron rayon sakini Bəsirə Eyvazova evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Gəncə şəhər sakini A.İsmayılova ocaq qalayarkən yanıq xəsarəti almışdır

04.02.2013

Fevralın 3-də Gəncə şəhər sakini Ayşən İsmayılova evində ocaq qalayarkən ehtiyatsızlığı nəticəsində yanıq xəsarəti almışdır. A.İsmayılova xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

İmişli şəhər sakini S.Babaşov elektrik cərəyanı vurması nəticəsində ölmüşdür

04.02.2013

Fevralın 4-də İmişli şəhərində yaşayan Səbuhi Babaşov evində elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

Qardaşı Məmmədağanı bıçaqla qətlə yetirmiş Şabran rayonunun Gəndob kənd sakini Vaqif Qurbanov tutulmuşdur

04.02.2013

Fevralın 4-də Şabran rayonunun Gəndob kəndi ərazisində, kənd sakini Vaqif Qurbanov ailə münaqişəsi zəminində qardaşı Məmmədağanı bıçaqla qətlə yetirmişdir. V.Qurbanov Şabran RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Suraxanı rayonu ərazisində bıçaqlanma baş vermişdir

04.02.2013

Fevralın 4-də saat 01.00 radələrində Suraxanı rayonu ərazisində, Gürcüstan vətəndaşları Rauf Ovçuyev, Ramal Ovçuyev, Şamil Əliyev, Rafayel Məmmədov arasında münaqişə baş vermiş və bu zaman Rauf Ovçuyev hadisə yerinin yaxınlığından keçən Bakı şəhər sakinləri Tarıyel Sadiqova və onun oğlu Aslana, habelə onları intizama dəvət edən həmin ərazidə xidmət aparan Suraxanı RPİ əməkdaşı Şamil Qasımovaya bıçaqla xəsarət yetirmişdir. Rauf, Ramal, Şamil və Rafayel saxlanılmış, T.Sadiqov, Aslan və Ş.Qasımov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri ağırdır.

Salyan rayonunun Kərimbəyli kənd sakini Piranə Hüseynova dəm qazından zəhərlənərək ölmüşdür

04.02.2013

Fevralın 4-də Salyan rayonunun Kərimbəyli kənd sakini Piranə Hüseynova evində dəm qazından zəhərlənərək ölmüşdür.

O.M.