Kənd təsərrüfatı üzrə elmlər doktorunun evi yarıldı

Kənd təsərrüfatı üzrə elmlər doktorunun evi yarıldı

5 Fevral 2013 11:43
Bəyəndim (0) Bəyənmədim (0)
20 min manat pul, 3 min manat dəyərində qızıl oğurlanıb

Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb. Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, Gəncə prospektində yerləşən və paytaxt sakini 1937-ci il təvəllüdlü Xəlilova Rəmziyə Kazım qızına məxsus evdən 20 min manat pul və 3 min manat dəyərində qızıl oğurlanıb. Ev sahibəsi hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Pulu və qızılları oğurlamış şəxs və ya şəxslərin müəyyən edilərək yaxalanması istiqamətində iş aparılır. Mənzili yarılmış R.Xəlilova Azərbaycanın tanınmış kənd təsərrüfatı alimlərindəndir. Kənd təsərrüfatı üzrə elmlər doktoru olan qadın 2010-cu ildə "Tərəqqi" medalı ilə təltif edilib.

O.M.